Korrupsiya və rüşvətxorluq: Urmu gölünü qurudan başqa amil

Google+ Pinterest LinkedIn Tumblr +

“Urmuda bağçılıq yox olmaqdadır.” Bu sözü Urmuda bir əkinçi “Ətəkyazı”-ya deyib. Urmu bağçılıq və əkinçilik qütbü kimi tanınır. Lakin artıq Urmu keçmiş statusunu itirməkdədir. “Ətəkyazı”-ya danışan əkinçinin fikricə bağçılıq və əkinçilik bölgədə artıq iqtisadi fəaliyyət kimi deyil, əksər hallarda ikinci iş və ya varlıların əyləncəsi statusundadır.

Eyni halda Urmuda su quyuları da hədsiz-hesabsız şəkildə çoxalıb. “Ətəkyazı”-ya danışan əkinçinin fikrincə bu heç də əkinçiliyin və bağçılığın bir sənət kimi böyüməsinə gətirib çıxarmayıb. Su quyularının qazılmasına icazə verməmək siyasəti isə yalnız sözdə qalıb. Urmulu əkinçi həm də deyib:

“Ölkə bürokratiyasında ayaq açıb yeriyən korrupsiya və rüşvətxorluq düzgün qanunların da icra edilməməsinə səbəb olur. Misal üçün su quyusunu qazmaq üçün lisenziya almaq qanun yolları ilə çətin və bəzi hallarda imkansız olsa da, rüşvət nəticəsində çox asan bir işə çevrilib.”

Son günlərdə Urmu gölünün acınacaqlı vəziyyəti gölün ətrafındakı şəhərlər və kəndlərdə əkinçiliyin və bağçılığın da ciddi şəkildə ziyan gördüyünü gündəmə gətirrib. Son 30 il ərzində gölə tökülən suların qabağını alan yeni sədlər, əkinçilik və bağçılıq ərazisinin genişləməsi ilə nəticələnib. Lakin bəzilərinin fikricə bu səhv siyasət gölün bu günki vəziyyətinə təsirli olub.

Bağların bir çoxu əyləncə məkanına çevrilib

Urmuda əkinçiliklə məşğul olan bir şəxs bağların daha çox əyləncə məkanı olduğunu deyir. Onun fikricə böyük bağlar varislər tərəfindən kiçildilib, nəticədə isə onlar öz iqtisadi dəyərlərini itiriblər. O deyir:

”Böyük bağların iqtisadi əhəmiyyəti var idi. Çünki onların böyük miqyasda məhsulları olurdu. Lakin Həmin bağlar artıq misal üçün 5 yerə bölünüb. Kiçik bağlar iqtisadi gəlir qaynağı sayılmırlar və sadəcə əyləncə məkanı kimi istifadə edilirlər.”

Urmulu əkinçinin fikricə əkinçilik və bağçılıq istifadəsinə ehtiyacı olan insanların yox, daha çox əkinçiliyə adi bir fəaliyyət kimi baxan şəxslərin əlindədir. Ona ikinci iş kimi baxanlar inkişafı üçün də qayğılanmırlar. Nəticədə böyük miqyasda su hədər edilir, lakin bunun müqabilində çox az gəlir əldə edilir.

“Ətəkyazı”-ya danışan əkinçi həm də cavabdehlərin rüşvətxorluqlarını bir başqa amil kimi əhəmiyyətli hesab edir. Onun fikricə kiçik bağların iqtisadi əhəmiyyətləri olmadığına baxmayaraq böyük miqyasda sərmayə hədər edirlər. Çünki onlar hansısa cavabdeh şəxsə rüşvət verir, öz mülklərində su quyusu qazdırır, yanında isə çimmək üçün bir hovuz, bir də villa tikdirirlər. Əkinçinin fikrinə görə bu məsələ geniş miqyasda irəliləyir və artıq əkin yerləri, varlıların gecə həyatları üçün məkanlara çevriliblər. Dövlət isə bu məsələyə qarşı çıxmır. Əksər hallarda onların qaz və elektrik ehtiyaclarını da təmin edir.

Şor sular ağacları qurudur

Urmulu əkinçi bəzi yerlərdə su quyularından şor su çıxdığını, nəticədə ağacların quruduğunu deyib. Bundan 31 il qabaq fidan və toxum yetişdirmə və hazırlama institutunun baş tədqiqatçısı Hüseyn Kavə Urmu gölünün suyunun ətrafdakı su quyularına nüfuz etməsi barədə Əkinçilik Nazirliyi, Enerji Nazirliyi və Şərqi və Qərbi Azərbaycan valiliklərinə xəbərdarlıq etmişdi.

Ekspertlərin fikrinə görə ölkədə su istifadəsinin ən böyük payı əkinçiliyə aiddir. Urmu gölünün ətrafı isə bütünlüklə əkinçilik ərazisi hesab edilir. Ekspertlərin fikrinə görə yeraltı su mənbələri azaldıqca gölün suyu onun yerini doldurur. Həmin su isə yenidən əkinçilik üçün istifadə edilir. Nəticədə isə ağaclar qurumağa başlayır.

“Ətəkyazı”-ya danışan əkinçinin dedikləri də bunu təsdiq edir. O həm minlərlə qanunsuz su quyularına işarə edərək dövlət orqanlarının bu məsələyə də laqeyd yanaşdığını deyir.

Səddlər Qərbi Azərbaycanın inkişafı yolunda necə rol oynadılar?

Urmu gölünün quruma səbəblərinin biri də gölə tökülən çayların qabağının kəsilməsi və üzərlərində su anbarlarının tikilməsidir. Çayların qabağına səddlər tikdirən dövlət əkin ərazisini böyük ölçüdə genişləndirdi. Lakin nəticədə Qərbi Azərbaycan vilayəti hələ də ən az inkişaf etmiş vilayətlər arasında yer alır.

Sözü gedən sədlər Urmu gölünün təbii həyatına maneə yaratdı. Hazırda Həmin sədlərin mənfi təsiri aydın olsa da, problemi aradan qaldırmaq üçün hansısa dəqiq çıxış planı görünmür. Bəzilərini fikrinə görə sədlər nəticəsində genişlənən əkin ərazisi, əkinçilərin də sayının artdığını, çox sayda insanın məişət qaynağına çevrildiyini deyir. Nəticədə sədlər ictimaii və iqtisadi funksiya qazanıblar.

“Ətəkyazı”-ya danışan əkinçi bununla razılaşaraq artırır ki suvarma metodlarının dəyişilməsi daha vacib məsələdir. Onun fikrinə görə bu da yalnız dövlətin dəstəyi ilə həyata keçirilə bilər. Lakin bu iradə və istək dövlət orqanları tərəfindən görünmür. Urmulu əkinçi deyir ki suvarma metodları dəyişdiyi təqdirdə, gölün həyat damarları olan çaylar canlanar, yeraltı su mənbələri isə yerini şor suya verməz.

Son söz

Urmulu əkinçi hesab edir ki hazırda bağdarlıq və əkinçilik sabit iş kimi yox, daha çox ikinci iş olaraq əhəmiyyətlidir. Buna görə də dövlət orqanlarının müdaxiləsi deyildiyi dərəcədə çətin olmamalıdır. Onun fikrinə görə dövlət orqanları ciddi şəkildə məsələyə müdaxilə etməli, həm əkinçiliyi, həm gölü bərpa etməlidirlər. Lakin o hələ ki belə bir iradəyə şahid olmadığını deyir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.