Əfqanistanda rəsmi dillər və pluralizm

Google+ Pinterest LinkedIn Tumblr +

Əfqanıstan İslam Respublikasında iki rəsmi dövlət dili mövcuddur: Dari (Əfqan farscası) və Puştuca (Pashto). Hər iki dil Əfqanıstan Konstitusiyasına əsasən bərabər hüquqlara malikdir və dövlət idarəçiliyində, qanunvericilikdə, təhsildə və medianın müxtəlif sahələrində geniş şəkildə istifadə olunur.

42%Pəştu dilini danışan əhali Əfqanistanın ən böyük etnik qrupudur. Əsasən cənubi və şərq bölgələrdə geniş istifadə olunur.
Bu dil Ədəbi dil kimi geniş istifadə olunur. Dövlət idarələrində və ali təhsil müəssisələrində əsas ünsiyyət vasitələrindən biridir. Tarixən Əfqanıstan siyasətində dominant mövqedə olublar və Əfqanıstanın bir çox kral və prezidentləri bu etnik qrupdan çıxıblar.

27%Təşkil edən Taciklər Əfqanistanda ikinci böyük etnik qrupdur və əsasən şimal-şərq və qərb bölgələrində məskunlaşıblar. Onlar dari (fars) dilində danışırlar. Taciklər şəhər mədəniyyəti, ədəbiyyat və təhsil sahəsində mühüm rol oynayıblar. Paytaxt Kabildə də əhəmiyyətli sayda Tacik əhali var.

Əfqanıstanda ikidillilik və ya çoxdillilik geniş yayılmışdır. Bir çox vətəndaş həm Dari, həm də Puştuca dillərini sərbəst şəkildə istifadə edə bilir. Bu xüsusiyyət ölkədə müxtəlif etnik və dil qrupları arasında ünsiyyətin təmin olunmasında mühüm rol oynayır.

Əfqanıstanda bu dillərlə yanaşı, digər etnik qruplar da mövcuddur. Taliban rəhbərliyi bu qrupların danışdığı dilləri də müəyyən bölgələrdə yerli dillər kimi tanıyacağını bəyan etmişdir.

Sözü gedən etniklərdən sonra Əfqanıstan əhalisinin təxmini etnik tərkibi belədir:
Həzaralar: Təxminən 9%
Özbəklər: Təxminən 9%
Türkmənlər: Təxminən 3%
Bəlucilər: Təxminən 2%
Eyməq: Təxminən 4%
Nuristanlılar: Təxminən 1%
Digər azlıqlar: Cəmi təxminən 4% (Paşayi, Pamiri və digər kiçik etnik qruplar daxil olmaqla)

yuxarıdakı bilgilerin qaynağı :
www.minorityrights.org

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.