“Mənofarsi” həştəqi: Şəxsi təcrübədən ictimai problemə

Google+ Pinterest LinkedIn Tumblr +

İranda tvitterin fars olmayan sosial media istifadəçiləri yeni bir kampaniyaya başlayıblar. “Mənofarsi” (mən və farsca) başlıqlı bu kampaniyada fars olmayanlar ölkədə üzləşdikləri çətinliklər və təhqirlərdən yazırlar. 30 yanvar tarixindan başlayan bu kampaniyada istifadəçilər ölkədəki təkdilliliyi tənqid edərək öz təcrübələri paylaşırlar.

Müxtəlif etniklərin iştiraki ilə yaranan bu kampaniyada paylaşılan təcrübələr ümumiyətlə acı xatirələr kimi qeyd edilib. Xüsusilə diqqət çəkən mövzulardan biri fars olmayanların ilk dəfə məktəbdə farscanı anlamaq və onu danışmaq məcburiyətində olmaqları haqqında xatirələrdir. Bununla yanaşı istifadəçilər universitetdə, iş yerində və eləcə də hərbi xidmətdə üzləşdikləri mənfi təcrübələr haqqında yazıblar

Rəsmi dil konsepsiyasının ölkədə necə çətinliklərə səbəb olması, ana dili farsca olmayanların necə təhqirlərə məruz qalması istifadəçilər tərəfindən maraqla qarşılanıb. Hazırda davam edən bu kampaniya bir çox xəbər agentliyinin də diqqətini cəlb edib.

Təcrübələr yoxsa ömürlük əzablar?

Bəzi istifadəçilər uşaq yaşlarında farscanı ləhcə ilə danışdıqları üçün təhqir olunduqlarını və bunun üçün də əzab çəkdiklərini yazıblar. Farsca danışa bilməmək və yaxud ləhcəylə danışmaq fars olmayanların məktəbin ilk illərində qarşılaşdıqları problemlərdən biridir. Bir istifadəçi farsca danışa bilmədiyi üçün az qala boğulduğunu yazıb.

Məktəbin ilk illəri ümumi təhsil üçün ən vacib dövrlərdəndir. Və bu ilk illər fars olmayanların bir çoxu üçün acı xatirələrdə xatırlanır. Bir başqa istifadəçi yazıb ki fars olmadığım üçün az qala məni əqli geri olsn uşaqlar üçün nəzərdə tutulmuş məktəbə göndərəcəkdilər.

İctimai fəal Sevil Süleymani “iranwire.com” saytına verdiyi müsahibədə İrandakı təhsil sisteminin yalnız farslar üçün uyğun olduğunu deyib. O deyib ki, mövcud dərsliklər şagirdlərə dil öyrətmək üçün deyil savadlanmaq üçündür. Yəni bu kitablar daha əvvəldən farscanı bilən fars uşaqların savadını artırmaq üçündür.

Deməli məktəbə daxil olan fars olmayan uşaqlar fars hesab edilirlər.  Bununla da fars uşaqları ilə müqayisədə daha çox çətinliklə qarşılaşırlar.

Bundan başqa fars olmayan uşaqlar getdikləri məktəblərdə irqçi münasibətlər və təhqirlərlə də qarşılaşırlar. Bu da fars olmayanların məktəbdə yaşadıqları ortaq travmadır.

Bəzi azərbaycanlı istifadəçilər məktəbdə türkcə danışdıqları üçün cərimə olunduqlarını da yazıblar. Bəziləri isə sırf türk olduqları üçün təhqir olunduqlarını, bunun üçün kimliklərini gizlətmək məcburiyətində qaldıqlarını deyiblər.

Mövzu ilə bağlı yazılmış tvitlərdən belə nəticəyə gəlmək olur ki, yuxarıda sadalanan əziyyətləri çoxunluqla əsasən Tehran və digər şəhərlərə köçmüş ailələrin uşaqları çəkiblər. Uşaq yaşlarından ləhcəsinə və milli kimliyinə görə təhqir olunmaq insanlarda kimlik böhranının yaranmasına və onların getdikcə assimilyasiya olmasına səbəb olur.

İrqçilik: “siz türksünüz yoxsa insan?”

“Mənofarsi” kampanyasında xüsusi yer alan mövzulardan biri də fars irqçiliyidir. Bir istifadəçi orta məktəbin ikinci sinifinin ilk günündə bir fars müəllimin “siz türksünüz yoxsa insan?” sualını soruşduğunu yazıb. Bir başqa istifadəçi isə soyadının “Türki” olduğu üçün sinif yoldaşlarının ona güldüklərini yazıb.

 

Bir ərəb vətəndaş müəllimin onun ərəb olduğunu bildikdən sonra nə yaxşı ki, biz ərəb olmadıq və böcək yemirik və daha sonra ona sən ərəb deyilsən, ərəb dillisən deməyini yazıb. Bir başqa ərəb istifadəçi ərəbcə şeir yazan şairlərin həbs edildiyini bildirib.

İranda fars dili və mədəniyyəti dominantdır. Buna görə də başqa etnik kimliyə mənsub olan şəxslər ayrıseçkiliyə məruz qalırlar. Misal üçün türklər və ərəbləri klassik fars mədəniyyəti və ədəbiyatında yad kimi və bəzən də düşmən kimi təsvir edilib. Bu mövzu xüsusilə tarix dərsliklərində çox rast gəlinən məsələdir.

Eksklüziv fars millətçiliyi Pəhləvilər dövründən bu günədək gəlib çatıb. İran kimlik qurucuları İranı fars ilə bərabər tutaraq başqa etnikləri farslaşdırmağa çalışıblar. Assimilyasiya siyasətinin nəticəsində ölkədə çox qədim keçmişi olan və böyük saya malik olan türklər yad olaraq tanıtdırılır, təhqir olunur və ona nifrət bəslənilir.  İrandakı eksklüziv millətçiliyə görə digər etnik qruplar onlara görə yad hesab edilir və bunun nəticəsi olaraq hazırda İranda fars olmayanlara qarşı irqçi münasibət göstərilir.


T
əhqirlərin nəticəsi

İranda etnikləri təhqir etmək, onlara qarşı alçaldıcı ifadələr istifadə etmək demək olar ki adətə çevrilib. Bəzi hallarda  ümumi etiraz aksiyalarına belə səbəb olan bu təhqirlər haqqında istifadəçilər “mənofarsi” kampaniyasında da yazıblar.

Bir türk istifadəçi hərbi xidmətdə təhqir olunduğu üçün qarşı tərəflə dalaşdığını və nəticədə cəzalandırıldığını və daha çox xidmət etməyə məcbur olduğunu yazıb.

Bir türkmən istifadəçi bir türkmən tələbənin sinif yoldaşlarının onun ləhcəsinə güldükləri üçün təhsili tərk etdiyini yazıb. Başqa bir istifadəçinin yazdığına görə eyni halla bir kürd də qarşılaşaraq təhsil almağı dayandırıb.

 

Yazılan təcrübələrə əsasən etniklərin kimliyi və dilləri haqqında olan sözdə zarafatlar insanların həyatında ömürlük iz qoyur. Yaranan mənfi pisxi təsirlər insanların ömürboyu daşıdığı yükə çevrilir. Təhqir olunan şəxs zaman keçdikcə dünyaya onu təhqir edənlərin gözü ilə baxmağa başlayır və özünü farsların bəyəndikləri hala salmağa çalışır. Amerikalı sosioloq  Du Bois (1868-1963) irqçilik nəticəsində yaranan bu pisxi durumu ikili şüur adlandırır. Ləhəcə ilə danışmaqdan çəkinmək və bunun üçün sükut etmək bu vəzəitə nəmünələrdir.

İstifadəçilərin bəziləri farsların onların ləhcələrinə güləcəklərindən çəkindikləri üçün müxtəlif fürsətləri əldən verdiklərini yazıblar.

Rəng koru irqçilik

Böyük maraqla qarşılanan bu kampaniya fərqli xəbər agentlikləri və farsların da diqqətini cəlb edib. Fars irqçiliyini tənqid edənlərlə yanaşı bəzi istifadəçilər əslində belə məsələlərin əhəmmiyyətsiz olduğunu yazıblar.

Sosioloqların dediyinə görə irqçiliyin qarşısında səssiz qalmaq və etniklərin fərqi yoxdur, bütün insanlar bərabərdirlər kimi ümumi sözlərlə kifayətlənənlər əslində ədalətsizliyin davamına kömək edirlər. Onlar bərabərlik iddiasi ilə yanaşı irqçiliyə laqeyd yanaşmanı rəng koru irqçiliyi adlandırırlar. “Mənofarsi” kampaniyasında fars olmayanların əzablarını əhəmiyyətsiz sayanlar, natural mövqe tutduqlarını sansalar da əslində ədalətsizliyin yanında dururlar. Çünki onların normal hesab etdikləri durum əslində ədalətsizlik və irqçiliklə doludur və buna qarşı səssizlik isə gizli irqçilik(Covert Racism) hesab edilir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.