Sosioloqlar: Pierre Bourdieu

Google+ Pinterest LinkedIn Tumblr +

Çevirən: Dansu Cabbarlı

Fransiz sosioloq Pierre Bourdieu-nun (1930-2002) düşüncələri, Quzey Amerika ilə yanaşı bir çox yerdə geniş şəkildə tərəfdarlar tapmışdır. Gənc Bourdieu, Əlcəzayirin Fransadan müstəqil olmaq üçün mübarizə apardığı illərdə o ölkədə sahə çalışması ilə məşğul olmuşdur. Bu gün, alimlər Bourdieunun tədqiq metodları ilə yanaşı onun nəticələrini də oxuyurlar.

Bourdieu, bir çox forması olan sərmayənin fərdlər və ailələri nəsildən nəsilə necə ayaqda tutduğu haqqında yazırdı. Bourdieu üçün sərmayə sirf maddi əmtəə deyil, həm də kültürəl və sosial varlıqdır.

Kültürəl sərmayə, ailə keçmişi və təhsil kimi ekonomik olmayan bir sərmayədir. Bu sərmayə, fərqli dillər bilmək və sənətlər haqqında bilgili olmaq formalarında özünü göstərər. Bu bilginin kitab bilgisi olması da şərt deyil, kültürəl sərmayə sosial elitlərin dəyər verdiyi bilgi və savada işarə edir. Misal üçün, Çin mətbəxi bir kültür olsa da, elit tərəfindən prestijli bir kültür növu sayılmır. ABŞda, mühacirlərin- xüsusiylə çox sayıda gəlib öz etniklərinin yaşadığı bölgələrdə yerləşənlər- əskidən gəlmiş qruplarla eyni səviyyədə kültürəl sərmayəyə sahib olmaları ümumiyyətlə iki-üç nəsildən sonra mümkün olur.

Sosial sərmayə isə qarşılıqlı etimad əsasında qurulan sosial əlaqələrin kollektiv faydasına işarə edir. Ailə və dostluq əlaqələrinin insanlara inkişaf etməkdə fürsət yaratması haqqında olduca çox yazılmışdır. Bourdieunun kültürəl və sosial sərmayələrə vurğusu, Marx və Weber kimi mütəfəkkirlərin ərsəyə gətirdikləri anlayışları genişləndirdi.

Bu gün də sosiologiyada, ilkin nəzəriyyəçilərin fərqli qatqıları yansımaqdadır. Sosioloqlar boşanma, narkotik asılılığı, dini firqələr kimi mövzuları araşdırmaq istəyəndə bu disiplinin pionerlərinin nəzəriyyələrindən yararlana bilirlər. Diqqətli bir oxucu, indiki tədqiqatların səhifələrindən Comte, Durkheim, Weber, Marx, DuBois, Cooley, Addams və bir çoxunun səsini eşidə bilər. Sosiologiya daha Quzey Amerika və Avropanın intellektual hüdudlarını aşmışdır. İndi dünyanın başqa bölgələrində oxuyub, insanların davranışını araşdıranlar bu disiplinə töhfələr verirlər.

Qaynaq: Sociology in Modules by Richard T. Schaefer

Paylaş.

Müəllif haqqında

Şərhlər bağlıdır.