Təbrizdə Əhmədin nağılı adlı kukla tamaşası nümayiş etdiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

“Əhmədin nağılı” adlı kukla tamaşası iyunun 8-ci günündən etibarən Təbrizin Naci kinoteatrında nümayiş etdiriləcək. Tamaşanın rejissoru Hüccət Zeynalı bu tamaşanın Azərbaycan xalq kültüründən ilham alaraq yazıldığını və 3 fərqli klassik nağılın birləşməsindən əmələ gəlidiyini deyib. O həm də əslində bu nağılı nənəsindən eşitdiyini və modern üsullarla səhnələşdirəcəyini bildirib.

8 iyun tarixindən etibarən hər axşam Təbriz vaxtı ilə saat 19:00-da nümayiş etdiriləcək olan bu tamaşa “Tənbəl Əhməd”(Azərbaycanın müxtəlif yerlərində fərqli adlarla tanınır. O cümlədən qorxaq Əhməd və tənbəl Həsən vs.), ”Kim hamıdan güclü” və “Tülkünün quyruğu” adlı klassik nağılların cəmləşdiyi tamaşadır.

“Əhmədin nağılı” adlı kukla teatrını üç şəxs səhnələşdirəcək: Hekayəçi, kamança çalan və kuklaları oynadan şəxs. Çox sayda kukla ilə nağılı canlandıran şəxs rejissorun özü olacaq. Tehran Universitetindən kukla teatrı ixtisasından məzun olan rejissor Zeynali deyib ki bir çoxumuzun böyük analarımızdan eşitdiyi bu nağılların yeni nəsilin də eşitməsini hədəfləyib. Xüsusilə öz ana dilində, yəni Azərbaycan türkcəsində tamaşaları nümayiş etdirmək istədiyini bildirən rejissor kukla teatrı mövzusunda türkcə hər hansı bir qaynaq tapa bilmədiyini və farsca əsərlərdən istifadə etdiyini deyib.

Əhmədin nağılı 4 yaş və ondan artıq yaşı olan uşaqlar üçün nəzərdə tutulub və 25 iyun tarixinədək hər axşam 45 dəqiqə ərzində Təbrizdə Naci kinoteatrında nümayiş etdiriləcək.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.