Rza Siyami “Korkut Ata” Festivalının jüri heyətində

Google+ Pinterest LinkedIn Tumblr +

Güneyli rejissor Rza Siyami “Korkut Ata” Türk Dünyası Kino Festivalının sənədli film bölməsində jüri komitəsinə üzv seçilib. “Korkut Ata” Türk Dünyası Kino Festivalı dünya türklərinin birliyini simvolizə edən “Dədə Qorqud”-un xatirəsinə yaradılmış festivaldır. İsmayıl Qaspiralının ”Dildə, fikirdə və işdə birlik” şüarına uyğun qurulmuş bu festivalda türkcənin fərqli ləhcələrində çəkilmiş filmlər müsabiqədə iştirak edəcəklər.

1966-cı ildə Marağada doğulan Rza Siyami 1990-cı ildə kino sahəsində təhsilini bitirdikdən sonra peşəkar fəaliyyətə başlayıb. O, 2 il Ərdəbil Gənclər Kino Cəmiyyətinin müdiri olduğu dövrdə burada kino dərsləri də tədris edib. Zəncan bölgəsində, Ərdəbil əyalətində baş tutmuş kino festivallarında jüri kimi, Təbriz Vəhdət Kino Festivalındə isə seçim şurasında iştirak etmişdir. Kino sahəsində bir çox filmə rejissorluq və prodüserlik etmiş Rza Siyami, ölkə səviyəsində önəmli mükafatlara da layiq görülüb. 20 illik rejissorluq və prodüserlik fəaliyyətindən sonra Türkiyədə öz kino məktəbini quraraq, İranın və Türkiyənin kino və teleseriallarının qarşılıqlı şəkildə yayımını təşkil etmişdir. “Vüsal günləri”, “El və yol”, “Son Köç”, “Gizli atəş” və “Şeyx Şamil” kimi əsərlərin müəllifi olan Rza Siyami Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və İranda müxtəlif telekanallarla əməkdaşlıq etmişdir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.