Feminist Politika: Dirəniş Nöqtəmiz

Google+ Pinterest LinkedIn Tumblr +

Çevirən: Türkan Urmulu

Sadə dillə söyləmək istəsək feminizm cinsiyyətçiliyə, cinsiyyətçi sömürüyə və basqıya son verməyi hədəfləyən bir hərəkətdir. Bu on il qabaq Feminist Theory: From Margin to Center’da (Feminist Teori: Çevrədən Mərkəzə) önərdiyim bir tanımdır. O zaman bu tanımın gələcəkdə hamının işlədəcəyi, yayqın bir tanım olacağını umurdum. Xoşuma gəlmişdi, çünki erkəklərin düşmən olduğunu işarə etməyən bir tanım idi. Sorunun adını “cinsiyyətçilik” olaraq qoyur və bu yolla bir başa məsələnin özünə enirdi. Bu tanım, sorunun praktikada, cinsiyyətçi düşüncə və eyləmin bütün biçimlərində yatdığına, cinsiyyətçilik edən adamın qadın, erkək, uşaq ya da yetişkin olmasının bir şey dəyişdirmədiyinə işarə edər. Sistemi başdan sona qədər etkiləyən qurumsallaşmış cinsiyyətçiliyə dair bir qavrayış içərəcək qədər də qapsamlıdır. Başı açıq bir tanımdır. İnsanın feminizmi anlaya bilməsi üçün öncə cinsiyyətçiliyi anlaya bilməsi gərəkdiyini ortaya qoyar.

Feminist politikanın bütün savunucularının (müdafiəçilərinin) da bildiyi kimi, insanların çoxu cinsiyyətçiliyi anlamır və ya anlasa belə, bunu bir sorun olaraq görmür. Çoxları feminizmin hər zaman və yalnızca erkəklər ilə eşit olmağı hədəfləyən qadınlardan ibarət olduğunu düşünür. Ayrıca bu insanların çoxu feminizmi erkək qarşıtlığı sanır. Feminist politikaya dair bu yanlış yorumlar, insanların çoxunun feminizmi ataərkil kütlə medyasından öyrəndiklərini göstərir. Haqqında ən çox şey eşitdikləri feminizm, özünü hər şeydən öncə toplumsal cinsiyyət eşitliyinə adamış qadınların rəsm etdiyi bir feminizm olur: eşit işə eşit ödəniş və bəzən də qadın ilə erkəyin gərək ev işlərində gərəksə valideynlikdə eşit dərəcədə sorumluluq almasını tələb edən bir feminizm. İnsanlar söz qonusu qadınların genəlliklə ağdərili və maddi olaraq da imtiyazlı olduqlarını görürlər. Başqa tərəfdən qadın özgürləşməsinin abort edə bilmək (kürtaj) özgürlüyü, lezbiyan ola bilmək, təcavüz və ev içi zorakılığa qarşı çıxmaq kimi qonulara odaqlandığını da media sayəsində bilirlər. İnsanların çoxu bu qonuların arasından, iş yaşamında toplumsal cinsiyyət ədaləti fikrinə, yəni eşit işə eşit ödəniş tələbinə qatılırlar.

ABŞ toplumu əsasən bir “Xristian” kültürü olmağa davam etdiyi üçün, insanların çoxu hələ də Tanrının ev yaşamında qadının erkəyə tabe olmasını buyurduğuna inanır. Bu gün milyonlarca qadının çalışmasına və çoxlu ailədə evi keçindirən tək insanın qadın olmasına rəğmən, ulusun təsəvvürünə hakim olan ev içi yaşam təsəvvürü, hələ də əl dəyməmiş erkək hakim bir məntiq içərir. Erkək, ev yaşamında yer alsın və ya almasın, bu məntiqlə hər hansı bir şey dəyişmir. Feminist hərəkətin erkək qarşıtı olduğunu işarə edən yanlış düşüncə, qadınlardan formalaşmış bir sahədə ataərkinin və cinsiyyətçi düşüncənin heç bir şəkildə var olmayacağı kimi ayrı bir yanlış düşüncəni də içində barındırır. Keçmişdə çoxlu qadın, hətta feminist politikanın içindən gələnlər belə buna inanmağı üstün bildilər.

Əslində, erkək hakimliyinə qəzəblə qarşılıq verən ilk feminist aktivistlər arasında erkək qarşıtı duyğular gerçəkdən də yayqın idi. ədalətsizliyin qarşısındakı bu qəzəb , qadın qurtuluş hərəkətinin yaradılmasında hərəkət verici güc oldu. Bir çox ağdərili olan erkən dönəm feminist aktivistlərin erkək hakimliyinin təbiəti qonusunda bilgilənməsi, sinifçilik və irqçilik qarşıtı çevrələrdə erkəklər ilə birgə çalışdıqları zaman gerçəkləşdi. Bu erkəklər bir yandan dünyaya özgürlüyün önəmini anladıb, başqa tərəfdən də öz sıralarındakı qadınları əzirdilər. Çoxlu ağdərili qadın sosializm adına, vətəndaşlıq haqları və qaraların özgürləşməsi adına çoxlu qaradərili qadın, ya da yerli haqları adına çoxlu yerli amerikalı qadın mübarizədə yer almış olsalar da, erkəklərin liderliyi vermək istəmədiyi və qadınlardan onların arxasınca getmələrinə dair tələbləri ortadaydı. Radikal özgürlük mübarizələrində yer almaq, irəliləyişçi qadınlarda dirəniş və üsyan ruhunu oyandırmaq onları günümüzün qadın qurtuluş hərəkətinə yönəltdi.

Dönəmimizin feminizmi gəlişdikcə, toplumumuzda cinsiyyətçi düşüncə və davranış yalnız erkəklərin savunmadığı, qadınların da ən az erkəklər qədər cinsiyyətçi ola biləcəyi yenə qadınlar tərəfindən anlaşıldı. Bundan sonra da erkək qarşıtı feminist anlayış, hərəkətin bilincini şəkilləndirən ünsür olmaqdan çıxdı. Bütün çalışmalar toplumsal cinsiyyət ədalətinin yaradılmasına odaqlandı, amma biz qadınlar öz cinsiyyətçi düşüncələrimiz ilə üzləşmədən feminizmi irəliyə aparacaq bir güc yarada bilmirdik. Qadınlar bir-biriylə savaşıb rəqabət elədikləri müddət içində, “bacılıq” güclü ola bilməzdi. Bütün qadınların erkək hakimliyi tərəfindən bir şəkildə zərərçəkmişlik anlayışından başqa bir şey üzərinə təməlləndirilməyən utopik bacılıq təsəvvürləri, sinif və irq dartışmaları ilə qırıldı. Sinif fərqliliyi ilə ilgili dartışmalar, çağdaş feminizmin ilk dönəmlərində, irq dartışmalarının öncəsində yürüdülmüşdü. 1970-ci illərin ortası kimi yaxın bir tarixdə Diana Press, Class and Feminism (Sinif və Feminizm) başlıqlı dərləməsində qadınların arasındakı sinif bölünməsi ilə ilgili devrimçi görüşlər yayımlamışdı. Bu dartışmalar “bacılıq güclüdür” sözünə olan feminist vurğunu dəyərsizləşdirmədi, ancaq diqqətləri buna çəkmişdi: Mübarizədə bacılığın ola bilməsi üçün öncə biz qadınların, başqa qadınları (cinsiyyət, sinif və irq fərqlilikləri üçün) necə basqı altına alıb sömürdüyümüzlə üzləşməmiz gərəkirdi. Bu fərqliliklərin ələ alına bildiyi politik bir platform oluşduran da yenə bu dartışmalar idi.

Qaradərili qadınlar çağdaş feminist hərəkətin doğuşundan etibarən hərəkətin içində tək-tək aktiv rol oynamışlar, amma hərəkətin “ulduzu” halına gələn, kütlə mediasının diqqətini üzərinə çəkən şəxslər arasında yer almadılar. Çağdaş feminist hərəkətin içində aktiv rol oynayan qaradərili qadınlar Genəlliklə devrimçi feminstlər idilər (çoxlu ağdərili lezbiyan olduğu kimi). Hərəkətin tək amacını var olan sistemdə erkəklər ilə eşitlik yaratmaq imiş kimi göstərmək istəyən reformist feministlər ilə araları çoxdan dəymişdi. İrq məsələsinin feminist ortamlarda dartışılmaya başlanmasının öncəsində belə qara qadınlar və mübarizə içindəki devrimçi müttəfiqləri, var olan ağdərili üstünlükçü kapitalist ataərki içində heç bir zaman eşitlik yarada bilməyəcəklərini bilirdilər.

Feminist hərəkət başlanğıcından bəri qütbləşmişdi. Reformist düşünürlər toplumsal cinsiyyət eşitliyini vurğulamaq yolunu seçmişdilər, ancaq devrimçi düşünürlərin istədiyi, qadınları var olan sistem içərisində daha artıq haqqa qovuşduracaq bir sıra dəyişimlər yaratmaqdan ibarət deyildi. Biz o sistemi dəyişdirmək və ataərkil və cinsiyyətçiliyə bir son vermək istəyirdik. Ataərkil kütlə mediası, daha devrimçi bir feminizm ilə ilgilənmədiyi üçün heç bir zaman bu görüşə yer vermədi. Genəldə insanların təxəyyülündə yerləşən və bu yerləşmiş mövqeyini bu gün də davam edən “qadın özgürləşməsi” təsəvvürü isə, qadınları, erkəklərin sahib olduqları şeyləri istəyirlərmiş kimi yansıdırdı. Həyata keçirilməsi daha rahat olan təsəvvür də elə bu idi. Ölkə ekonomisindəki dəyişimlər, ekonomik böhran, işsizlik və bunun kimi faktorlar ABŞ vətəndaşlarının, iş gücündə toplumsal cinsiyyət eşitliyini qəbul etməsini rahatlaşdırdı.

İrqçi zehniyyət nədənindən dolayı ağdərili erkəklərin, ağdərililərin hakimiyyətini sürdürməyə xidmət etdiyi zaman içində qadın haqlarını diqqətə almağa nədən daha istəkli olduğunu anlamaq rahat idi. Bunu əsla unutmamalıyıq ki ağdərili qadınlar özgürlük tələblərini vətəndaşlıq haqlarının elan edilməsindən sonra, tam da irq ayrı-seçkiliyi sona çatmaq olduğu halda və qaraların özəlliklə də qaradərili erkəklərin iş gücündə ağdərili erkəklər ilə eşit haqlara sahib olmağa başladıqları zaman ortaya qoymuşdular. Öncəliklə iş gücündə qadın-erkək eşitliyinə odaqlanan reformist düşüncə, çağdaş feminizmin radikal əsaslarına kölgə saldı. O halda ki bu əsaslar, reformçuluğa çağırış etmənin yanı sıra ABŞ millətinin təməldən cinsiyyətçilik qarşıtı bir ulus halına gələ bilməsini təmin etmək üçün toplumu başdan sona yenidən düzəltməyi də hədəfləyirdi.

Başda imtiyazlı ağdərili qadınların olmasıyla birgə qadınların çoxu, var olan toplumsal quruluş içərisində ekonomik güc qazanmağa başladığında devrimçi feminist anlayışı düşüncəsindən sildi. Bu anlamda devrimçi feminist düşüncənin ən çox akademik ortamlarda qəbul edilmiş olması isə gülüncdü. Bu ortamlarda devrimçi feminist teori inkişaf etdirildi, ancaq heç bir zaman xalqa açılmadı. Zamanla ətrafımızdakı oxuyub yazan, yaxşı eyitim görmüş və genəlliklə maddi anlamda imtiyazlı olan insanlara özəl bir söyləm halına gəldi və hələ də elədir. Feminist Theory: From Margin to Center (Feminist Teori: Çevrədən Mərkəzə) kimi feminist dəyişimlə ilgili özgürləşdirici bir təxəyyül verən əsərlər heç bir zaman böyük medianın ilgisini çəkmir. İnsanların çoxu bu kitabın adını belə eşitməyib. Verilən mesajı rədd etdikləri söylənilə bilməz, çünki “mesaj”dan belə xəbərli deyillər.

Erkək qarşıtı olmayan qadınların, erkək kimi olmaq haqqını əldə etmələrinə odaqlanmayan xəyalpərəst feminist düşüncəni dartışmaq, ağdərili üstünlükçü kapitalist hakim ataərkinin işinə yarayırdı. Ancaq reformçu feministlər də bu gücləri susdurmağa həvəsliydilər.
Reformist feminizm o baxımdan sinifi aşmanın bir yoluydu. Beləliklə, iş gücündə erkək hakimliyindəki quruluşdan qurtula bilərlər və öz yaşam tərzlərini bəlli etdikləri zaman daha çox qərar ala bilərdilər. Cinsiyyətçilik bitməsə də var olan sistem içində özgürlüklərini maksimum dərəcəyə çıxara bilirdilər. Bir də bu gerçəyə bel bağlaya bilərdilər: özlərinin etməyi rədd etdikləri “kifir” işləri boynuna götürməyi məcbur edilib sömürülən, hakimlik altına alınan, daha aşağı sinifdən olan qadınlar hər zaman olacaqdı. Reformist feministlər, işçi sinfinin və yoxsul qadınların ikinci mövqeyə gedilməsinə göz yumaraq və hətta bu sömürüyə iştirak edərək, sırf ortada olan ataərki və onun müttəfiqi cinsiyyətçilik ilə iş birliyi görmüş olmur, eyni zamanda özlərinə ikili bir yaşam sürmə haqqı tanıyırlar: Yəni biri erkəklər ilə eşit olduqları iş yaşamı, başqası da “istədikləri zaman” eşit ola biləcəkləri ev yaşamı. Lezbiyanizmi seçdikləri təqdirdə, bir yandan iş yaşamında erkəklərlə bərabər olma ayrıcalığını əldə edərkən bir yandan da sinif gücünü qullanaraq erkəklər ilə çox az görüşməyi ya da heç görüşməməyi seçə biləcəkləri ev içi yaşam tərzləri oluşdurmaları mümkün olur.

Yaşam tərzi feminizm, nə qədər qadın varsa feminizmin də o qədər biçimi ola biləcəyi fikrinə qapı açdı. Bir anda feminizmin politik içəriyi yavaş-yavaş boşaldılmağa başlandı. Ayrıca, siyasi görüşü hər nə olursa olsun, istər mühafizəkar istərsə liberal hər qadının, feminizmi öz yaşam tərzi içinə yerləşdirə biləcəyi varsayımı (fərziyyəsi) sürətlə qəbul olundu. Bu baxış, əlbəttə, ki feminizmin qəbul edilməsini daha da artırdı; çünki altında qadınların özlərini ya da kültürü təməldən sorğulamadan və ya dəyişdirmədən feminist ola biləcəkləri düşüncəsi yatırdı. Örnək olaraq abort etmək məsələsini ələ alaq. Feminizm cinsiyyətçi basqıya son qoymağı amaclayan bir hərəkət isə və qadını törəməyə bağlı seçim haqlarından məhrum etmək də cinsiyyətçi basqı biçimlərindən biriysə, demək ki, şəxs həm abort etmək seçiminə qarşı, həm də feminist ola bilməz. Bir qadın əsla abort etməyi seçməyəcəyi qonusunda israr etməklə birgə qadınların abortu seçmə haqqını savuna bilər və hələ də feminist politikanın savunucusudur. Yalnız eyni zamanda həm abort qarşıtı, həm də feminizmin savunucusu ola bilməz. Bu çərçivədə, “iqtidardan” amac başqalarının sömürülməsi və basqı altına alınması yolu ilə əldə edilən iqtidar isə “iqtidar feminizmi” deyə bir şey də ola bilməz.

Feminist politika sürətlənməsini əldən verməkdədir, çünki feminist hərəkətin dəqiq tanımları anlaşılmazlaşmışdır. Biz bu tanımlara sahibik. Onları yenidən işlətməyə başlayaq. Paylaşaq. Yenidən başlayaq. Köynəklərin, maşın tamponlarına yapışdırılan şəkillərin, kart postalların, hip-hop musiqinin, televiziya və radio reklamlarının, hər tərəfə elan və reklam panellər asmanın, dünyaya feminizmi anladan basqını bitirmək üçün bir hərəkət olduğunu söyləyən sadə, amma güclü mesajını paylaşa bilərik. Buradan başlayaq. Hərəkəti yenidən başladaq.

Paylaş.

Müəllif haqqında

bell hooks

Gloria Jean Watkins, better known by her pen name bell hooks, is an American author, feminist, and social activist. The name "bell hooks" is derived from that of her maternal great-grandmother, Bell Blair Hooks.

Şərhlər bağlıdır.