Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə elmi konfrans keçiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

21 Azər hərəkatı ilə tanınan Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü münasibəti ilə “Clubhouse” və “Zoom” tətbiqlərində elmi konfrans keçiriləcək. Bir həftə davam edəcək bu konfransda güney və quzey Azərbaycandan qonaqlar iştirak edərək tariximizin qaranlıq bucaqlarına işıq tutmağa çalışılacaq.

9-16 dekabr tarixində baş tutacaq bir həftəlik konfrans hər gün Təbriz vaxtı ilə saat 21:00-də , Bakı vaxtı ilə isə saat 21:30-da başlayacaq. Milli Hökumətin Azərbaycan tarixinə təsiri, onun yaranma səbəbləri, sosial və iqtisadı islahatlar, ədəbiyyata təsiri və izləri, önəmli şəxsiyətlərin xatirələri və s. kimi mövzular keçiriləcək online konfransda müzakirə ediləcək.

Bir həftə davam edəcək bu konfransa hər kəs bu Clubhouse linkindən qatıla bilər:

https://www.clubhouse.com/room/PY6vLRjv

Əlavə məlumat üçün konfransın baş məsulu Yunus Leysiylə əlaqə saxlaya bilərsiniz:
Email: [email protected]

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.