Əli Muradi Mərağeinin Azərbaycan Demokrat Firqəsi haqda yazdığı yeni kitabı yayımlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

“İnkar və müqavimət” (inkar və dirəniş) adı ilə çıxan bu kitab yazarın çağdaş tarix haqda qələmə aldığı əsərlər sırasında durur. Sovet ittifaqı arxivlərinin açılması nəticəsində ortaya çıxan sənədlərlə İran arxivlərində olan sənədlərin yan-yana qoyulmasından əmələ gələn bu kitab, Azərbaycan Demokrat Firqəsi və Mahabad Cumhuriyəti tarixi haqdadır. Azərbaycan Demokrat Firqəsi və özəlliklə Mir Cəfər Pişəvəri haqda qələmə alınan ən önəmli əsərlərdən sayılan “Rzaxan Zindanından ADF Sədrliyinədək” adlı kitab da Marağalı Əli Muradiyə aiddir. O həm də “Məhəmməd Biriyanın Həyatı və Zəmanəsi”, “Qulamyəhya Danişiyanın Xatirələri” adlı kitabların müəllifidir. Yazarın çalışmaları yalnız ADF ilə sınırlanmır, İran və Rus Savaşları, İran Gerilla Hərəkatı, Əyaləti və Vilayəti Əncümənlər və Əflatun Fəlsəfəsi onunn çalışma alanı olmuş, dəyərli əsərlər yartmişdir.

Əli Muradi Mərağeinin yenicə ışıq üzü görmüş kitabı elektron formatda yayımlanmışdır. Yazarın Telegram kanalından bu əsəri endirə bilərsiniz.

Paylaş.

Müəllif haqqında

Admin

Şərhlər bağlıdır.