Fars mediası Qasım Süleymanini, İran İnqilab keşikçiləri Ordusu Qüdus gücü komandiri, qorxmaz və igid bir komandir kimi göstərməyə cəhd edir. Bu müharibə halında yaşayan bir ölkəyə çox da lazımdır. Çünki xalqa qorxmazlıq ruhu verib və onları müharibə meydanlarına axıtmaq simvolsuz və qəhrəmansız mümkün deyildir.
Elə bu reklamlar nəticəsində İranın ümumi, özəlliklə lompən proletaria sinfi, onu qorxmaz və Barack Obama və Donald Trumpın ürəyinə qorxu salan bir qəhrəman kimi qəbul edirlər. Təəccüblü məqam budur ki, Qasım Süleymani fanatları arasında, düşüncə baxımından İran rejiminə qarşı olan Kuruşçu qruplara aid insanlar da az deyildir. Bizcə bu məsələdə, bu kütlələrin sosio-psixoloji boşluqları əsas rol oynamaqdadır.
Bölgəmizin başqa xalqları kimi farsların da tarixi yaddaşı, İslam və Şiədən alınmış kültürlə formalaşmışdır. Bu kültürdə peyğəmbərin əmisi Həmzə, Nəxəi Malik Al-aştər və Əli oğlu Əbülfəz şücaət və igidlik simvolları kimi tanınırlar. İrançı birisi bu ərəbləri özünə simvol kimi qəbul edə bilməz. Habelə, İran tarixində (ən azı son beşyüz ildə) qəhrəmanlıq sifətləri ilə tanınmış Səfəvi Şah Abbas, Afşari Nadir Şah və Qacari Abbas Mirza kimiləri də türkdürlər. Beləliklə, İrançı düşüncəsinə qara qoşun olan fars lompən proletariası igid və qəhrəman boşluğu hiss edərək Əhəməni Kuruş və Qasım Süleymani kimiləri özlərinə qəhrəman seçib onlarla öyünürlər. Hələ bu iki komandiri bir-birinə bənzədən başqa amil də vardır. Qasım Süleymani və Kuruş Əhəməninin at oynatdıqları torpaqlarda qədim Babil və Finiqi və bu günkü İraq və Suriya eynidir.
Eyni yazardan bu yazını da oxu: Qırmızı Yox, Sarı Alma
Bildiyim qədər fars xalqı bölgəmizin arif, şair, siyasətçi yetişdirən xalqlarından olmuşdur, amma onlar heç zaman qəhrəman və igid yetişdirən xalq olmamışlar. Ona görə bu boşluq onların tarix anlayışlarına və çağdaş tarixdə davranışlarına kölgə salıbdır. Onlar keçən min beş yüz ildə heç bir savaşın qalibi olmamışlar. Onlar ardı-ardınca Bəni Üməyyə və Bəni Abbas ərəblərinə, Qəznəli və Səlcuqlu türklərinə, Monqollardan sonra bir daha Teymuri, Səfəvi, Afşar, Qacar türklərinə məğlub olmuşlar. Məs bu tarixi yaddaşa görə Tehran Əllamə Təbatəbayi universitetinin Sosio-psixoloji professoru, Doktor Seyf Kərimi, bu haqda belə yazır: “Monqollar və başqa fatihlərin qarşısında rahatcasına məğlub olan İranlı kütləsi, bu gün özünü qorxaq və gücsüz hiss edir. Bunlar bur reallığa reaksiya olaraq özlərini igid və qorxmaz göstərmək məcburiyyətindədirlər.”[1]
Dr. Kəriminin sözlərini nəzərə alaraq, Pəhləvi hökümlətinin super güclərə yaxınlaşıb, ölkənin çox miqdarda parasını silah almağa xərcləyib bölgənin birinci gücü və körfəzin jandarması olmağa can atması yeni anlam tapır. Onlar güclənən həmən körfəzin güneyində yerləşən Umman və Birləşmiş Ərəb Əmirliklərinə əsgər yürüdüb min il öncəki yenilgilərin intiqamını ərəblərdən almaq istədilər. İslami hökümət daha böyük daş götürüb şərqə, qərbə ölüm mesajı verib, “Sovetlərə ölüm, Amerikaya ölüm” bağırtıları ilə dünyaya meydan oxudular. Bu hərbə-zorba tarixi yenilgilərə reaksiya olaraq özlərini qorxaq hiss edən insanların boşluğunu doyurub hökümət etibar qazandırır.
Qasım Süleymani və Əhəməni Kuruş kimilərinə sığınmaq bunların içdünyasında yerləşən qorxaqlıq hissinə toxtaqlıq verir.
Yazının başlığı Məhəmməd Qaidin “Qasım və Albert” məqaləsindən iqtibasdır.
[1] Əllamə universiteti, Psixologiya fakultəsi, Birlik Dərgisi, 3-cü sayı.