Qəzzada ölüm

Google+ Pinterest LinkedIn Tumblr +

Həması (onunla bərabər arxasında nə varsa) asqıya alıram. Onsuz da asqıdadır; artıq ona şəhər partizan alanından böyük bir alan qalmamışdır.

  • Ortada Qəzza var. Qərb sahili belə göz ardı ola bilər. Çünki hədəf Qəzzadır. İsrail dövləti hələlik Qəzzanı seçib. Onlar Fələstin adlı bir torpaq tanımırlar. Silib silib axırda dələstinliləri iki zolağa sıxışdırıblar: Qərb sahili və Qəzza zolağı. Dövlətlər onsuz da mühafizəkar olurlar və İsrail indilik Qəzza ilə məşğuldur. Hələlik qərb sahilini asqyıa alıblar, amma Qəzzanı silə bilsələr dönüb qərb sahilini də siləcəklər.
  • İsrailin bu torpaq oğurlama siyasətini də Qərb sahilini də asqıya alıram; birbaşa Qəzzaya gedirəm. Qəzzada nə var? Yalnız bir şey var və o da ölüm. Ölüm saniyəbəsaniyə təkrarlanır. Statistikalara görə Qəzzada zamana nisbətdə ölü sayı son zamanlarda olan İraq, Suriya və Ukrayna savaşlarından çoxdur. Əlbəttə bir böyük fərq də var: o üç savaşda ordular və militarist təşkilatlar savaşırdılar və ya savaşırlar amma burda bir ordu var: İsrail ordusu və əks tərəfdə yalnız silahsız Fələstin xalqı. Bu günə qədər otuz min həddində olan ölənlərin çoxunu uşaqlar və qadınlar təşkil edir.
  • İsrail bütün Qəzzanı bombardman altında saxlayır və xəstəxanadan tut Birləşmiş Millətlər Təşkilatının binalarına qədər heç bir yer təhlükəsiz deyil. İsrail dünyanın gözü qarşısında tam bir qırğın edir; gənc əsgərlər gülə gülə imarətləri partladırlar. Rafah sərhəddinə sığınan və heç bir qaçış yolu olmayanları bombalayırlar və öldürürlər, öldürürlər, öldürürlər və artıq “ölüm”-dən başqa bir izahedici söz qalmayıb.
  • İsrail dünyanın bir çox yerində ört-basdır edilən əsas bir siyasəti qısa bir zamana sığışdırıb açıqca və utanmazcasına sərgiləyib. İsrail meydan oxuyur. Elə bil bütün güclülər tərəfindən yaşamaq istəyən insan kimi, azad yaşamaq istəyən insanlara meydan oxuyur. Yaşayışa belə meydan oxuyur: sizin yaşayışınız bizim gücümüzün davamının istəkləri və zərurətləri ilə hüdudlanır. Yaşamaq və yaşayış həddini biz bəlli edirik deyir; zamanında zindalarımız və işgəncələrimizlə və zamanında sürgün və öldürmə ilə.
  • Ölüm insanın sonudur. Belə isə bir sorğu ortaya atılır: insan, beləcə öldürmə və beləcə sonlandırmağa səssiz qalarsa artıq nə zaman və nə üçün səsini çıxaracaqdır?

Bu sorğunun siyasət və ya millətlər arası hüquq ilə əlaqəsi yoxdur. Bu bir əxlaq sorğusudur. Akademik və əxlaq müəllimliyi ilə maaş alanlara dəxli olmasa da, amma əxlaq məsələləri içində yerini itirməz.

Paylaş.

Müəllif haqqında

Səid Mətinpur

Şərhlər bağlıdır.