Sosial fenomenologiya

Google+ Pinterest LinkedIn Tumblr +

Ashley Crossmanin 2018-ci il yanvarın 11-də ToughtCo saytında yazdığı bu məqalə Ətəkyazı tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilib.

Sosial fenomenologiya, sosiologiya sahəsində insan şüurunun sosial fəaliyyət, sosial vəziyyətlər və sosial dünyaların istehsalında necə bir rol oynadığını göstərmək istəyən bir yanaşmadır. Əslində, fenomenologiya cəmiyyətin insan tikintisi olduğuna inamdır.

Fenomenologiya ilk olaraq 1900-cü illərin əvvəllərində Edmund Husserl adlı alman riyaziyyatçı tərəfindən reallığın mənbələrini və ya mahiyyətlərini insan şüurunda yerləşdirmək üçün ortaya qoyulub. Yalnız 1960-cı illərdə Maks Veberin yorumlayıcı sosiologiyası üçün fəlsəfi əsas yaratmağa çalışan Alfred Schutz tərəfindən sosiologiya sahəsinə daxil olub. Bu işi Husserlin fenomenoloji fəlsəfəsini sosial dünyanın tədqiqinə tətbiq etməklə gerçəkləşdirdi. Schutz, görünən obyektiv sosial dünyanın yaranmasına səbəb olan şeyin subyektiv mənalar olduğunu qəbul etdi. O, insanların sosial qarşılıqlı əlaqəni təmin etmək üçün dilə və topladıqları “bilik ehtiyatı”na bağlı olduqlarını müdafiə edirdi. Bütün sosial qarşılıqlı əlaqələr üçün fərdlərin öz dünyalarında başqalarını xarakterizə etmələri lazimdir və bilik ehtiyatı onlara bu işdə kömək edir.

Sosial fenomenologiyada mərkəzi vəzifə insan fəaliyyəti, situasiya quruluşu və reallığın quruluşunda qarşılıqlı əlaqəni izah etməkdir. Bununla fenomenoloqlar cəmiyyətdə baş verən fəaliyyət, vəziyyət və reallıq arasındakı əlaqələri anlamağa çalışırlar. Fenomenologiya heç bir aspektə səbəb kimi baxmır, əksinə bütün ölçüləri digərləri üçün əsas hesab edir.

Sosial fenomenologiyanın tətbiqi

Sosial fenomenologiyanın klassik tətbiqlərindən biri 1964-cü ildə Peter Berger və Hansfried Kellner tərəfindən evlilik reallığının sosial quruluşunu imtahan edərkən gerçəkləşmişdir. Onların təhlilinə görə, evlilik hər biri müxtəlif dünyalardan olan iki fərdi bir araya gətirir və onları bir-birinə o qədər yaxınlaşdırır ki, hər birinin həyat aləmi digəri ilə ünsiyyətə girir. Bu iki fərqli reallıqdan bir evlilik reallığı yaranır ki, bu da daha sonra həmin fərdin cəmiyyətdə sosial qarşılıqlı əlaqə qurmaqda və funksiyalar almaqda əsas sosial kontekstə çevrilir. Evlilik insanlar üçün yeni sosial reallıq təmin edir və bu da əsasən həyat yoldaşı ilə təkbətək söhbətlər vasitəsilə əldə edilir. Onların yeni sosial reallığı evlilikdən kənar başqa qarşılıqlı əlaqələr nəticəsində gücləndirilir. Zamanla hər bir həyat yoldaşının içində fəaliyyət göstərəcəyi yeni sosial aləmlərin formalaşmasına kömək edəcək yeni bir evlilik reallığı ortaya çıxacaq.

Paylaş.

Müəllif haqqında

Ashley Crossman

Şərhlər bağlıdır.