Ayrıseçkiliyin İqtisadiyyatı

Google+ Pinterest LinkedIn Tumblr +

Kanadalı iqtisadçı Mike Moffattun yazdığı Bu məqalə 2019-cu ilin aprel ayının 10-da, ToughtCo saytında dərc edilib və “Ətəkyazı” tərcümə qurupu onu tərcümə edib.

Statistik ayrıseçkilik irqi və gender bərabərsizliyini izah etməyə çalışan iqtisadi nəzəriyyədir. Nəzəriyyə, əmək bazarında irqi və gender əsaslı ayrıseçkiliyin mövcudluğunu və dözümlülüyünü izah etməyə çalışır. Bu ayrıseçkilik iqtisadi aktorların açıq-aşkar təəssübü olmasa belə mövcuddur. Statistik ayrıseçkilik nəzəriyyəsinin qabaqcıllığı amerikalı iqtisadçılar Kenneth Arrow və Edmund Felpsə aid edilir, lakin yarandığından sonra da geniş ölçüdə tədqiq və izah edilib.

İqtisadi terminlərdə statistik ayrıseçkiliyin izahı

Statistik ayrıseçkilik fenomeninin, iqtisadi qərar qəbul edən şəxsin, müşahidə olunmayan ama nəticəyə təsir göstərən xüsusiyyətlərin nümayəndəsi kimi cinsiyət və ya irq kimi görünən fiziki elementlərdən istifadə etdiyi zaman baş verdiyi deyilir. Beləliklə, fərdin istehlakçılığı, xüsusiyyətləri və ya hətta keçmişi haqqında birbaşa məlumat olmadıqda, qərar qəbul edən şəxs məlumat boşluğunu doldurmaq üçün qrup ortalamalarını (ya real və ya xəyali) və ya stereotipləri (fərd üçün lazim olan məlumatın) əvəzinə istifadə edə bilər. Beləliklə, rasional qərar qəbul edənlər fərdi xüsusiyyətləri qiymətləndirmək üçün məcmu qrup xüsusiyyətlərindən istifadə edirlər ki, bu da müəyyən qruplara aid olan fərdlərin başqa növdə davranmaları və münasibət görmələri ilə nəticələnə bilər. (Bu fərqli rəftar) hətta hər cəhətdən eyni olduqları bilinən fərdlərdə də baş verə bilər.

(Ətəkyazı: Bir iş verənin rasional olduğunu düşünək. İş verənin iki namizəd arasında seçim etməli olduğunu qəbul edirik: A və B namizədləri. Hər iki namizəd eyni məktəbdə təhsil alıb, eyni təcrübəyə sahibdir və eyni bacarıqlara malikdir. Lakin A Namizədi  müəyyən bir etnik qrupdan gəlir, B Namizədi isə başqa bir etnik qrupdandır. İşveren rasional qərar verən kimi hər iki namizədin şəxsi xüsusiyyətlərini qiymətləndirməli olduğunu nəzərə alsa da, bu halda etnik qrup xüsusiyyətini nəzərə alaraq fərqli bir qiymətləndirmə edə bilər. Bu, hər iki namizədin digər baxımlardan bir-birinə çox oxşamağına baxmayaraq, iş verənin etnik qrup xüsusiyyətini nəzərə alaraq fərqli bir qiymətləndirmə edə biləcəyi deməkdir.)

Bu nəzəriyyəyə görə, iqtisadi agentlər (istehlakçılar, işçilər, işə götürənlər və s.) rasional və qərəzsiz olduqda belə, bərabərsizlik demoqrafik qruplar arasında davamlı şəkildə mövcud ola bilər. Bu növ üstünlük tətbiq edilməsi “statistik” adlanır, çünki stereotiplər diskriminasiya olunan qrupun ortalama davranışına əsaslana bilir.

Riskdən yayınma

Statistik ayrıseçkiliyin bəzi tədqiqatçıları qərar qəbul edənlərin ayrıseçkilik hərəkətlərinə başqa bir ölçü əlavə edirlər: riskdən yayınma. Əlavə edilən riskdən çəkinmə ölçüsü ilə statistik ayrıseçkilik nəzəriyyəsi, daha az fərqliliyə (qavranılan və ya gerçək) sahib olan qrupdan seçim edən bir işə götürmə meneceri kimi qərar vericilərin davranışlarını izah etmək üçün istifadə edilə bilər. Məsələn, (müəyyən) etnik qrupa mənsub olan və qiymətləndirilmək üçün iki (eyni) namizədi olan bir meneceri nəzərə alaq: biri menecerlə eyni irqdən, digəri isə fərqli irqdən gələn. Menecer, başqa irqdən olan namizədlərə nisbətən, öz irqindən olan namizədlərə mədəni baxımdan daha yaxşı uyğunlaşa bilər və buna görə də, onun öz irqindən olan namizədin müəyyən nəticəyə aid xüsusiyyətlərini daha yaxşı ölçdüyünə inanar. Nəzəriyyə, riskdən çəkinən bir menecerin riski azaldan xüsusiyyətlərə sahib olan qrupdan gələn namizədi üstün tərəfə çıxaracağını nəzərdə tutur ki, digər bütün faktorlar bərabər olanda, öz irqindən gələn namizəd üçün daha yüksək bir təklif etməsinə səbəb ola bilər.

Statistik ayrıseçkiliyin iki mənbəyi

Digər ayrıseçkilik nəzəriyyələrindən fərqli olaraq, statistik ayrıseçkilik qərar qəbul edən şəxs tərəfindən müəyyən bir irqə və ya cinsə qarşı hər hansı ədavət və ya hətta üstünlük qərəzliliyi nəzərdə tutmur. Əslində, statistik ayrıseçkilik nəzəriyyəsində qərar qəbul edən şəxs məlumat axtaran, rasional və qazancı maksimumlaşdırmaq istəyən bir şəxsiyyət kimi qiymətləndirilir.

Statistik ayrıseçkiliyin və bərabərsizliyin iki mənbəyi olduğu düşünülür. “İlk an” kimi tanınan birinci mənbə, ayrıseçkiliyin qərar qəbul edən şəxsin asimmetrik inanclara və stereotiplərə (qarşı) səmərəli reaksiyası olduğuna inanıldıqda baş verir. Bir qadına kişi həmkarından daha aşağı əmək haqqı təklif edildikdə İlk an statistik ayrıseçkilik yarana bilər, çünki qadınların orta hesabla daha az istehsalçı olduğu qəbul edilir.

Bərabərsizliyin ikinci mənbəyi “ikinci an” statistik ayrıseçkilik kimi tanınır. Bu da ayrıseçkiliyin özünü həyata keçirmə (Self-enforcing) dövrü nəticəsində baş verir. Nəzəriyyə ondan ibarətdir ki, ayrıseçkiliyə məruz qalan qrupun üzvləri, belə “birinci an” statistik ayrıseçkiliyin mövcudluğu səbəbi ilə nəticə-əlaqəli (Nəticəyə təsir edən) xüsusiyyətlərdə daha yüksək performans göstərmək yolunda cəsarətlərini itirmiş olurlar. Yəni, məsələn, ayrıseçkiliyə məruz qalan qrupdan olan fərdlərin digər namizədlərlə bərabər rəqabət aparmaq üçün bacarıq və təhsil əldə etmək ehtimalı (və hətta istəyi) daha az ola bilər. Çünki onların bu fəaliyyətlərdən əldə edəcəklərinin ortalaması və ya sərmayə gəliri ayrıseçkiliyə məruz qalmayan qruplardan daha azdır.

Paylaş.

Müəllif haqqında

Mike Moffatt

Professor of Business, Economics, and Public Policy Education Ph.D., Business Administration, Richard Ivey School of Business M.A., Economics, University of Rochester B.A., Economics and Political Science, University of Western Ontario Introduction Professor of Business, Economics, and Public Policy at Richard Ivey School of Business Research Fellow, Lawrence National Centre for Policy and Management Director of Policy and Research, Canada 2020 Experience Mike Moffatt is a former writer for ThoughtCo who wrote articles about Economics for more than seven years. He contributed 260 articles to ThoughtCo, mainly on economic issues including free-market policy, as well as the economic effect of tariffs. Mike's background in writing about Economics includes work for The Globe and Mail and Rogers Communications publications. He was an assistant professor with the Richard Ivey School of Business for more than 14 years and has served as the director of Policy and Research for Canada 2020. Further, Mike held a position as the chief innovation fellow at Innovation, Science and Economic Development where he advised Deputy Ministers about policy. He is the senior director of Smart Prosperity Institute, a national research and policy think tank in Ottawa, Canada. Education Mike Moffatt received a Doctor of Philosophy (Ph.D.) in Management Science from the Richard Ivey School of Business in 2012. He also holds an M.A. and a B.A. in Economics. Awards and Publications Co-wrote A Review of the Economic Impact of Energy East on Ontario (Mowat Center Energy Research Hub, 2015) Making it Simple: Boosting Canadian competitiveness through selective tariff elimination (Mowat Center Energy Research Hub, 2016) Towards an Inclusive Innovative Canada (Canada 2020, vol. 1, 2017)

Şərhlər bağlıdır.