Cırtdan Amazonda

Google+ Pinterest LinkedIn Tumblr +

Şifahi ədəbiyyatımızın tanınmış personajı olan Cırtdan 21-ci yüzilliyə gəlib. Təbrizli Dərya Hüdayi Azərbaycan uşaq nağıllarından olan Cırtdan nağılının müasir versiyasını ingiliscədə yayımlayıb. Dərya xanım Azərbaycan və Amerika mədəniyyətinin sintezindən əmələ gələn Jırtdan’s Halloween” kitabını, Azərbaycan kimliyi ilə yanaşı Amerika kimliyi daşıyan uşaqlara Azərbaycan kimliyini sevdirmək, bu kimliklə fəxr etməkləri üçün hazırladığını deyir. Kitab bütünlüklə ingiliscə olsa da personajların adları və əsil kimlikləri dəyişdirilməyib.

ABŞ sakini olan və “EnglishAzerbijani” instaqram səhifəsi ilə tanınan təbrizli Dərya “Which animals is more useful?” “Hansı heyvan daha faydalıdır?” və “Azerbaijani Turkic alphabet and numbers” adlı kitabların da müəllifidir. Dərya Hüdayinin kitablarını Amazon saytından əldə edə bilərsiniz.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.