Güney Azərbaycan Qadınlarının Çevrə Etirazları: Gender Bərabərsizliyi və Urmu Gölü

Google+ Pinterest LinkedIn Tumblr +

Bildiyiniz kimi, Urmu gölü son zamanlarda tam qurumaq üzrədir. Qadın aktivistlər isə son günlər Urmu gölünün qurumasına etiraz aksiyaları təşkil etdilər. Azərbaycanda qadınların çevrə ilə bağlı etirazları niyə önəmlidir və niyə dəstəklənmənlidir?

Ekoloji faciə və ya böhranlar cəmiyyətdə gender bərabərsizliyi olduğuna görə kişilərə, qadınlara, qızlara və oğlanlara fərqli təsir göstərir. Bu ona görədir ki, qadınlar regionda yoxsulların üçdə ikisini təşkil edir. Bu isə onların iqtisadi təhlükəsizliyi, mülkiyyətində ayrıseçkilik və resurslara məhdud çıxışın səbəb olduğu çatışmazlıqların ardı kimi dəyərləndirilir. Biz Azərbaycanda dayanıqlı gələcək qurmaq istəyiriksə bunun yolu  gender bərabərliy və qadın  gücləndirilməsindən keçir. Gender bərabərliyi əslində ekoloji böhranların aradan qaldırılmasında vacibdir. Bu gün dünyada iqlim və çevrə faciələrinin təməlində qərar alınan mərkəzlərdə qadınların səsvermə və təsir imkanlarının olmamasının nəticəsi kimi dəyərləndirilir. Ona görə dayanıqlı Azərbaycan qurmaq istiqamətində və bu günkü çevrə problemlərini həll etmək üçün gender berabersizliyi aradan qaldırıb, qadın və kişi əməkdaşlığı qurmaq qaçınılmazdır.

Çevrə böhranları qeyri-mütənasib şəkildə təbii ehtiyatlara arxalanan və ekoloji təhlükələrin öhdəsindən gəlmək qabiliyyəti olmayan həssas əhaliyə ciddi təsir göstərir. Çox vaxt yoxsulluq içində olan qadınlar çevrə böhranlarının təsirlərindən daha yüksək risklər və daha böyük yüklərlə üzləşirlər. Baxmayaraq ki Azərbaycanda qadınlar bir neçə növ ayrıseçkiliklə qarşı-qarşıyadırlar onlar 2011-ci ildən Urmu gölü etrazlarında aktiv iştirak etdiblər və son etirazlarda da etirazları hamıdan öncə başlayıblar və təzyiqlərə baxmadan hadisələri önə aparırlar. Ataərkil cəmiyyətin basqıları, iqtisadi və siyasi məhdudiyyətləri onların təbiətə  və onun timsalında Urmu gölü ilə bağlı öncül reaksiyalarına mane ola bilməmişdir.

Azərbaycan qadınları çevrə irqçiliyinin/ Urmu gölünün qurumasının əsas qurbanlarından

Araşdırmalar göstərir ki, iqlim dəyişiklikləri və çevrə böhranları etnik azlıqlara(azlıq termini etniklərin sayına deyil, ölkə içində statusuna görə işlədilir) daha çox mənfi təsir edir. Xüsusilə İran kimi ölkələrdə etniklərə qarşı açıq irqçilik geniş sahələrdə aparıldığı üçün bu böhranlar daha dərin təsirə malik olurlar. Məsələn İranda azərbaycanlılar mədəni, siyasi ayrıseçkiliklə yanaşı ətraf mühit / çevrə irqçiliyinə də məruz qalırlar. Bu isə onların həyatına ciddi mənfi təsir edir. Gender irqçiliyi anlayışı bucağından yanaşıldığında cinsiyyətçilik və irqçilik birgə olduğu toplumlarda azlıqlara mənsub qadınlar daha çox çevrə böhranlarından təsirlənirlər. Cinsiyyətçi irqçilik (gendered racism), irq və cins ayrıseçkiliyi, və onların arasındakı qarşılıqlı əlaqəni vurğulayır İrqçiliyin Biopsixososial modeli – Biopsixososial bioloji, psixoloji və sosial amilləri nəzərə alan sağlamlıq və xəstəliyin anlaşılması və təhlilində inteqrasiya olunmuş yanaşmaya aiddir – bildirir ki, cinsi irqçiliyin yaşanması stresi bədəndə kortizolun  allostatik yükü yaradır. Kortizol stressə cavab olaraq qana axıdılan hormondur və bədənin kəskin streslərə qarşı reaksiyasında mühüm rol oynayır. Allostatik isə stress amillərinə cavab olaraq fizioloji dəyişikliklər vasitəsilə sabitliyə nail olmaq prosesinə aiddir. Beləliklə bədənə zərər verə bilər, qan təzyiqi, diabet, iztirab və digər xəstəliklər riskini artırır. Bir sıra ölkələrdə  qaradərililər üzərində araşdırmalar göstərir ki, allostatik yükün genetik ötürülməsini göstərdi ki, bu da ciddi stresin nəsillər arası ötürülməsinə imkan verir.

Qadınlar üzərində iqlim və çevrə böhranlarının ciddi mənfi təsirinin başqa nümunəsi İstilik fərziyəsidir. İstilik fərziyyəsi bildirir ki, havalar iqlim dəyişikliyindən və çevrə böhranlarından istiləşdikcə əsəbi davranışların artmasına səbəb ola bilər. stilik yüksəldikcə əsəbi davranışların yüksəlmə ehtimalı var. Gender irqçiliyi teorisinə bucağından baxdıqda Azərbaycan toplumunda Azərbaycan qadınlarının  isti ilə ələqədar yüksələn cinsi kobudluq və zorakılıq qarşısında daha da çox ziyan görə bilər və mühafizəsiz durumdadırlar. Cinsi zorakılıq yüksəldikcə cinsi yollarla ötürülən xəstəliklərin də artması labüddür.

Azlıqlar çevrə böhranları ilə yanaşı ictimai siyasi fəalliyyətlərdə daha çox müdafiəsiz olduqları görünür. Bu gün Azərbaycanın çevrə etirazçı qadınlarının ciddi dəstəyə ehtiyacları var. Ona görə ki, İranın son hadisələrində qurbanlara baxdıqda etnik azılıqlar çox və qəddarca qurban olduqları görünür. Ölən qadınların və kişilərin çoxu etnik azlıqlara aiddir. Son etirazlarda qurbanların 65 faizi azlıqlara ayiddir(Qraf 1). Qadınlar amansızcasına öldürülmüşdür. Dövlət etnik azlıqlara qarşı daha qəddar davranmışdır. Misal üçün, bəluçlar ölkə nüfusunun təxminən 2 faizi olmasına baxmayaraqölənlərin sayının 25%-dən çoxunu bəluçlar təşkil edir.

Qraf 1: İranda son etirazlarda etnik azlıqlar və Fars qurbanlarının faizi, Qaynaq: AHRAZ

Qraf 1: İranda son etirazlarda etnik azlıqlar və Fars qurbanlarının faizi, Qaynaq: AHRAZ

İranda ölkə boyu qadın qurbanların faizi 17.28 faiz olduğu halda Azərbaycanda 22.78 faizdir(Qraf 2). Bu onu göstərir ki, Azərbaycanda kişi ilə qadın qurbanlarının qıyasına baxdıqda, Azərbaycanda qadın qurbanlarının fayızı ölkə boyu qadın-kişi miqyasından daha çoxdur. Buna görə bu gün Azərbaycan qadınlarının etirazlarını dəstəkləmək çoxlu müsbət təsirləri ilə yanaşı onları kobud dövlət qarşısında mühafizəsiz buraxmır.

Qraf 2: İranda və Azərbaycanda Məhsa əmininin ölümü ilə bağlı etirazlarda Qadın və kişi qurbanlarının faizi, Qaynaq: AHRAZ

Qraf 2: İranda və Azərbaycanda Məhsa əmininin ölümü ilə bağlı etirazlarda Qadın və kişi qurbanlarının faizi, Qaynaq: AHRAZ

Azərbaycan qadınlarının hər sahədə olduğu kimi çevrə məsələlərində iştirakları dayanıqlı Azərbaycan qurmaqda qaçınılmaz şərtdir. Qadınlar resursların idarə edilməsində təcrübələri və liderlikləri vasitəsilə çevrə və iqlim dəyişikliyinin həllində mühüm rol oynayırlar. Qadınların icmalarda liderliyi çevrə nəticələrini yaxşılaşdırır və topluma töhvə verir. Bu yolla onların siyasi iştirakı daha çox vətəndaşları istəklərini qarşılayır və əməkdaşlığı gücləndirir.  Bu gün Azərbaycanda qadınların mövcud siyasi fəalliyətlərdən və layihələrdən kənarlaşdırılması bərabərsizlikləri pisləşdirir və effektivliyi azaldır. Sonda da nəticə əldə edilmir. Bu gün Azərbaycanda etirazlarda qərar qəbul etmə və liderlikdə bu ayrlseçkiliklərin aradan qaldırılması gender və iqlim ədalətinə nail olmaq üçün vacibdir. Yürüdülən Azərbaycan qadın çevrə etirazı ciddi dəstəyə ehtiyac duyur. Bu dəstək bərabərsizliyi qaldırmaq, dayanıqlı toplum qurmaq və Urmu gölü müşkülünün həlli üçün şərtdir.

 

Paylaş.

Müəllif haqqında

Həmid Cabbarlı

İstanbul Gelişim üniversitesi- yüksək lisans - sosyoloji öyrəncisi

Şərhlər bağlıdır.