İrq və Etnik Mənsubiyyət Arasındakı Fərq: Etnik mənsubiyyət gizlənə bilər, lakin irq ümumiyyətlə gizlənə bilməz

Google+ Pinterest LinkedIn Tumblr +

Bu məqalə Nadra Kareem Nittle tərəfindən  2021-ci ilin mart ayında ThoughtCo saytında dərc edilib və Ətəkyazı tərcümə qrupu onu Azərbaycan türkcəsinə tərcümə edib.

“İrq” və “etnik mənsubiyyət” terminlərinin bir-birinin əvəzində istifadə edildiyini görmək adi haldır, lakin, ümumiyyətlə, mənalar fərqlidir. İrq ümumiyyətlə insanın fiziki xüsusiyyətlərinə istinad edərək bioloji qavram olaraq görülür, etnik mənsubiyyət isə insanın mədəni kimliyini təsvir edən sosial elm konstruksiyası kimi baxılır. Etnik mənsubiyyət fərdi tərcihdən asılı olaraq göstərilə və ya gizlədilə bilər, irqi kimliklər isə az-çox həmişə nümayiş etdirilir.

İrq nədir?

Maraqlıdır ki, irqi təbəqələşdirmə üçün heç bir bioloji əsas yoxdur. Əslində insanları fərqli irqlərə ayırmaq və ya məhdud etmək, insanları oxşar dəri rənginə və fiziki görünüşünə görə ayırmağa çalışan sosioloji anlayışdır. Bununla belə, müxtəlif “irqlərin” nümayəndələri adətən bu cür morfologiyada – heyvanların və bitkilərin forma və quruluşu ilə məşğul olan biologiya şaxəsi- və genetikada sadəcə nisbətən kiçik fərqlərə malikdirlər.

Bütün insanlar eyni növə (Homo sapiens) və alt növə (Homo sapiens sapiens) aiddir, lakin kiçik genetik dəyişikliklər müxtəlif fiziki görünüşlərə səbəb olur. İnsanlar tez-tez irqlərə bölünsələr də, faktiki morfoloji dəyişikliklər DNT-də böyük fərqlər göstərməz. Təsadüfi seçilmiş iki insanın DNT-si arasında ümumiyyətlə 0,1%-dən az fərq var. İrqi genetik fərqlər güclü olmadığı üçün bəzi elm adamları bütün insanları tək bir irqə aid edirlər: insan irqi. 2020-ci ilin mart ayında Massaçusetsdəki Hampşir Kollecində bioloji antropologiya professoru Alan Goodman Sapiens antropologiya jurnalındakı məqaləsində qeyd etdi ki, “İrq realdır, lakin genetik deyil” və əlavə etdi:

“300 ildən artıqdır ki, sosial olaraq müəyyən edilmiş “irq” anlayışları bütün dünyada insan həyatını formalaşdırır, lakin bu kateqoriyanın bioloji əsası yoxdur”.

Etnik mənsubiyyət nədir?

Etnik mənsubiyyət müəyyən bir coğrafi bölgədəki insanların və ya həmin bölgənin yerlilərinin soyundan gələn insanların mədəniyyəti üçün istifadə olunan termindir. Buraya onların dili, milliyyəti, irsi, dini, geyimi və adət-ənənələri daxildir. Hind əsilli amerikalı qadın sari, bindi və xına yaxmaqla öz etnik mənsubiyyətini nümayiş etdirə bilər və ya Qərb paltarı geyinərək bunu gizlədə də bilər.

Bir etnik qrupun üzvü olmaq həmin mədəni təcrübələrin bəzilərinə və ya hamısına riayət etməyi nəzərdə tutur. Etnik mənsubiyyətin üzvləri bu ümumi xüsusiyyətlərə əsasən bir-biriləri ilə eyniləşməyə meyillidirlər.

Etnik mənsubiyyətə misal olaraq, irqindən asılı olmayaraq irlandlı, yəhudi və ya kambocalı kimi etiketlənmək daxildir. Etnik mənsubiyyət bioloji faktorlara deyil, öyrənilmiş davranışlara əsaslandığı üçün antropoloji bir termin hesab olunur. Bir çox insanlar qarışıq mədəni mənşəyə malikdirlər və birdən çox etnik mənsubiyyəti paylaşa bilərlər.

İrq və etnik mənsubiyyət

İrq və etnik mənsubiyyət üst-üstə düşə bilər. Məsələn, bir yapon-amerikalı özünü Yapon və ya Asiya irqinin üzvü hesab edər, lakin əcdadlarının heç bir adət-ənənəsində iştirak etmirsə, özünü etnik mənsubiyyəti ilə eyniləşdirməyə bilər, bunun yerinə özünü amerikalı hesab edə bilər.

Fərqliliyi görməyin bir başqa yolu da eyni etnik mənsubiyyəti paylaşan insanları nəzərə almaqdır. İki nəfər öz etnik mənsubiyyətini amerikalı kimi müəyyən edə bilər, lakin biri qaradərili, digəri isə ağdərili. Britaniyada böyüyən Asiya mənşəli bir şəxs irqi olaraq Asiyalı və etnik olaraq İngilis olduğunu müəyyən edə bilər.

İtalyan, İrlandiya və Şərqi Avropalı mühacirlər Birləşmiş Ştatlara gəlməyə başlayanda onlar Ağ irqin bir parçası hesab edilmirdilər. Geniş şəkildə qəbul edilən bu fikir, immiqrasiya siyasətinin və “ağ olmayan” immiqrantların ölkəyə girişinin məhdudlaşdırılmasına səbəb oldu.

Təxminən 20-ci əsrin əvvəllərində müxtəlif bölgələrdən olan insanlar Ağ irqin “Alp” və “Aralıq dənizi” irqləri kimi alt kateqoriyalarının üzvləri hesab olunurdular. Bu kateqoriyalar yox oldu və bu qruplardan olan insanlar daha geniş “Ağ” irqə qəbul olunmağa başladılar, baxmayaraq ki bəziləri etnik qrup olaraq fərqliliklərini qorudu.

Etnik qrup ideyası da genişləndirilə və ya daraldıla bilər. İtalyan-Amerikalılar ABŞ-da bir etnik qrup olaraq düşünülsə də, bəzi italyanlar milli mənşələrindən daha çox regional mənşələri ilə müəyyən edirlər. Özlərini italyan kimi görməkdənsə, özlərini siciliyalı hesab edirlər. Bu yaxınlarda ABŞ-a köçən nigeriyalılar öz milliyyətlərindən daha çox Nigeriya daxilindəki xüsusi qrupları – İqbo, Yoruba və ya Fulani- ilə eyniləşdirə bilərlər. Onların əvvəllər kölə olmuş insanlardan olan və ailələri nəsillər boyu ABŞ-da olan afroamerikalılardan tamamilə fərqli adətləri ola bilər.

Bəzi tədqiqatçılar həm irq həm də etnik mənsubiyyət anlayışlarının sosial olaraq yarandığına inanırlar. Çünki onların təriflərinin ictimai rəyə görə zamanla dəyişdiyini qəbul edirlər. İrqin genetik fərqliliklərdən və bioloji morfologiyalardan qaynaqlandığı inanc yerini irqçiliyə, yəni irqə əsaslanan üstünlük və alçaqlıq ideyasına verdi. Bununla bərabər, etnik mənsubiyyətə görə zülm də adi hal alıb.

“İrq: xəyalın gücü”

Nyu York Universitetinin sosiologiya professoru Dalton Conley “İrq: xəyalın gücü” proqramı üçün PBS-ə irq və etnik mənsubiyyət arasındakı fərq haqqında dedi:

“Əsas fərq ondadır ki, irq sosial cəhətdən tətbiq edilir və iyerarxikdir. Sistemin içində yerləşdirilmiş bir bərabərsizlik var. Bundan əlavə, siz öz irqiniz üzərində heç bir kontrolunuz yoxdur; bu, başqaları tərəfindən necə qəbul olunduğunuza bağlıdır.”

Conley, digər sosioloqlar kimi, etnik mənsubiyyətin daha axıcı olduğunu və irqi sərhədləri keçdiyini müdafiə edir: “Mənim bir koreyalı ata ananın övladı olaraq dünyaya gələn bir dostum var. O, Koreyada anadan olub, amma körpə ikən onu İtaliyada italyan ailəsi övladlığa götürüb. Etnik cəhətdən o, italyan olduğunu hiss edir: İtalyan yeməkləri yeyir, italyanca danışır, italyan tarixini və mədəniyyətini bilir. O, Koreya tarixi və mədəniyyəti haqqında heç nə bilmir. Lakin o, ABŞ-a gələndə ona irqi cəhətdən bir asiyalı kimi yanaşılır”.

Paylaş.

Müəllif haqqında

Education M.A., English and Comparative Literary Studies, Occidental College B.A., English, Comparative Literature, and American Studies, Occidental College Introduction Experienced journalist and essayist covering race, education, fashion, business, health, and religion Has written for The Atlantic.com, The New York Times and the Robert C. Maynard Institute for Journalism Education Has been cited in a number of books covering topics ranging from race issues to affirmative action Experience Nadra Kareem Nittle is a former writer for ThoughtCo who wrote nearly 180 articles about race, culture and education. Nittle is an experienced journalist who has written for a variety of newspapers, magazines and digital media over the last decade. She is currently a reporter at Vox Media and has contributed to publications including The Atlantic.com and The New York Times. She has written for the Robert C. Maynard Institute for Journalism Education and blogged for Change.org's Race in America team. School districts and social advocacy organizations have featured her writing about race in their lesson plans. Education Nadra Kareem Nittle has dual bachelor's degrees in American studies as well as English and comparative literature from Occidental College in Los Angeles. She has an M.A. in teaching English and comparative literary studies, from Occidental College. Awards and Publications Reporter for The Atlantic. Reporter for New America Media Reporter for Santa Fe Reporter. Cited in books including “Conceptualizing Racism: Breaking the Chains of Racially Accommodative Language,” among others.

Şərhlər bağlıdır.