Rza Bərahəni: ana dilini müdafiə edən intellektual və yazıçının ölümü necə qarşılandı?

Google+ Pinterest LinkedIn Tumblr +

Kanadanın Toronto şəhərində həyatla vidalaşan güneyli yazıçı Rza Bərahəninin ölümü də cəmiyyətdə bəzi mübahisələrə səbəb olub. Bəziləri onu İrana qarşı xainlikdə günahlandırsalar da, digərləri ona siyasi düşüncələrinə görə yox, yazıb yaratdıqlarına görə dəyər verərək, onu fars ədəbiyyatının böyüklərindən hesab edirlər. Əsəlində mübahisəyə səbəb unun siyası baxışları olur və ədəbi həyatı ümumiyətlə yükəsk dəyərləndirilir.

Ölümündən bir gün sonra oğlu Oqtay atasının məzarının İranda olması üçün cavabdeh qurumlarla danışacağını bildirib. Əslən təbrizli olan Rza Bərahəni azərbaycanlılar tərəfindən yüksək qiymətləndirilir. Bir çox sosial media istifadəçiləri öz yazılarında onun Təbrizdə dəfn olunmasını istədiklərini qeyd ediblər. Bir qrup azərbaycanlı Təbrizin Ərk qalasının yaxınlığına toplaşaraq doktor Bərahəninin xatirəsinə şam yandırıblar.

Rza Bərahəni həyatda olanda da fərqli mövqeyinə görə ətrafında daima mübahisələr olub. O, farscanı da sevməyi öyrəndiyini deyirdi. Lakin farscanın fars olmayanlara zorla tətbiq edildiyini də qeyd etməyi unutmurdu. O fars ədəbiyyatında əvəzedilməz məqama sahib olmaqla yanaşı fars olmayanların dil haqlarını da müdafiə edirdi. Bu mövqeyinə görə isə fars millətçiləri tərəfindən daima hücumlara məruz qalıb. Onun  bu mübarizliyi fars olmayanlar arasında da hörmətini günün gündən artırıb.

Azlıqların Bərahənisi

Tanınmış ərəb yazıçı Yusif Əzizi Bənitorof İran Yazıçılar Birliyində Rza Bərahənini nümunə götürməyə çalışdığını deyib. O, türk idi və fars yazıçılarının arasında geniş yayılmış ərəb düşmənçiliyindən uzaq idi deyir. Bənitorof həm də Rza Bərahəninin dəstəyi ilə Əhvaz ərəbləri məsələsinin Yazıçılar Birliyində ortaya qoyduğunu yazıb.

Tanınmış bir neçə kürd fəal da Rza Bərahəninin ölümünə təəsüflənərək onun adını hörmətlə yad ediblər. Güney azərbaycanlılar arasında isə Rza Bərahəni hörmət və minnətlə yad edilib. Lakin farsların arasında bu heç də belə olmayıb.

“Mənoto” televizya kanalının teleaparıcısı Rza Bərahənini xain hesab edib və onun ölümünə sevindiyini yazıb.

Bəziləri isə onun 1979 inqilabını dəstəkləməsini xəyanət hesab edərək Rza Bərahənini islam rejiminin üzvü hesab ediblər.

Rza Bərahəni Pəhləvilər dövründə məhbus həyatı yaşadıqdan sonra ABŞ-a gedir və orada məhbusların vəziyyətlərinin nə qədər pis olduğu haqda məqalələr yazıb. Onun bu əməyinin nəticəsində Pəhləvi rejiminin vəhşilikləri dünya səviyyəsində işıqlandırılıb. Bu isə səltənət tərəfdarlarının nifrətinə səbəb olub. Onların Bərahəni haqqında tərbiyəsiz paylaşımları burada dərc edilməyə uyğun deyil. Lakin qeyd etmək lazımdır ki bu kimi ədəbsiz paylaşımlar olduqca çox olub. Söyənlər onu pantürk, separatçı və rus agenti hesab edərək onu təhqir ediblər. Bu paylaşımlara isə əsasən azərbaycanılar etiraz ediblər.

Çox az sayda fars Rza Bərahəni haqqında müsbət fikir yazıb. VOA farsca televiziyasının teleaparıcısı Mehdi Fəlahəti Bərahəninin pislənməsinin səbəbini onun öz ana dilini müdafiə etməsi olduğunu yazıb.

Bir başqa şəxs isə onun tənqidçilərinin savadsız olduğunu və ədəbi tənqidin akademilərə daşımanın nə dərəcədə önəmli iş olduğunu bilmədiklərini yazıb.

Demək olar ki, bütün azərbaycanlı fəallar onu hörmət və ehtiramla yad edib, xatirəsinin əzizləyiblər.

Ərsəlan Bərahəni İnstaqram hesabında bir qrup azərbaycanlının Bərahəni xatirəsinə Ərk qalasının yanında şam yandırdıqlarının fotosunu paylaşıb. Ərk qalasına toplaşanlar Ərkdən uzaqlaşdırılsalar da, onun divarlarının arxasında toplaşaraq Bərahəninin şəkillərini qoyub, xatirəsinə şam yadırıblar.

Bərahəninin məzarı Təbrizə gətiriləcəkmi?

Rza Bərahəninin ölümündən sonra hər iki oğlu (Oqtay və Ərsəlan) onun cənazəsini Təbrizə gətirmək üçün çalışdıqlarını qeyd ediblər. Azərbaycanlı fəallar da, onun Təbrizdə dəfn edilməsini dəstəkləyirlər.

Bəzi azərbaycanlılar onun Şəhriyariyarın da dəfn edildiyi Şairlər Məqbərəsində dəfn edilməsini istəyiblər.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.