Siyasi proses nəzəriyyəsi; Sosial hərəkatların əsas nəzəriyyəsinə ümumi baxış

Google+ Pinterest LinkedIn Tumblr +

«Siyasi Proses Nəzəriyyəsi» Ashley Crossmanın 2019-cu ilin fevral ayının 13-də ToughtCo saytına yazdığı məqalənin ünvanıdır. Peyman Rəzzaqi onu Ətəkyazı saytı üçün tərcümə edib.

“Siyasi imkanlar nəzəriyyəsi” kimi də tanınan siyasi proses nəzəriyyəsi, bir sosial hərəkatın hədəflərinə çatmağında uğur qazandıran lazımlı şəraiti, düşüncə tərzi və işləri açıqlayır. Bu nəzəriyyəyə görə, bir hərəkat hədəflərinə çatmaqdan əvvəl, dəyişiklik üçün siyasi imkanların mövcud olması vacibdir. Bundan sonra hərəkat, mövcud siyasi quruluş və proseslər vasitəsilə dəyişiklik yaratmağa çalışır.

Ümumi Baxış

Siyasi proses nəzəriyyəsi, sosial hərəkatların və dəyişiklik yaratma səylərinin təməl nəzəriyyəsi olaraq nəzərə alınır. 1970-ci illər və 1980-ci illərdə ABŞ-dakı sosioloqlar tərəfindən inkişaf etdirilən bu nəzəriyyə, 1960-cı illərin Mülki Hüquqlar, anti-savaş və tələbə hərəkatlarına cavab olaraq ortaya çıxıb. Stenford Universitetində professor olan sosioloq Duqlas Makadam, bu nəzəriyyəni ilk olaraq qaradərili afroamerikalıların mülki hüquqlar hərəkatını araşdırmaq vasitəsilə inkişaf etdirib.

Bu nəzəriyyənin inkişafından əvvəl, sosial alimlər sosial hərəkat üzvlərini irrasional və çılğın olaraq görürdülər, onları siyasi aktyorlar yerinə azğınlar olaraq qələmə alırdılar. Diqqətli araşdırmalarla inkişaf etdirilən siyasi proses nəzəriyyəsi, bu görüşü pozub və onların elitist, irqçi və patriarxal köklərini ortaya çıxardı. Resursların səfərbər edilməsi nəzəriyyəsi, bu klasik görüşə alternativ bir baxış təklif edir.

Makadam nəzəriyyəsini əks etdirən kitabını nəşr etdikdən sonra nəzəriyyəyə özü və digər sosioloqlar tərəfindən düzəlişlər edildi, buna görə də nəzəriyyə günümüzdə Makadamın orijinal ifadəsindən fərqlənir. Sosioloq Nil Carenin Blekvel Sosiologiya Ensiklopediyasında nəzəriyyəyə dair girişində təsvir etdiyi kimi, siyasi proses nəzəriyyəsi bir sosial hərəkatın uğurlu və ya uğursuzluğunu müəyyənləşdirən beş əsas tərkib hissəsini təsvir edir: siyasi imkanlar, səfərbərlik strukturları, çərçivələmə prosesləri, etiraz dövrləri(siklləri)mübahisəli repertuarlar.

  1. Siyasi imkanlar, bu nəzəriyyənin ən vacib yönüdür, çünki nəzəriyyəyə görə, bunlarsız bir sosial hərəkatın uğuru imkansızdır. Siyasi imkanlar və yaxud mövcud siyasi sistem içində müdaxilə və dəyişim imkanları – sistem zəifliklər yaşadığı vaxtlarda ortaya çıxır. Sistemdəki zəifliklər fərqli səbəblərə görə ola bilər, lakin xalqın artıq sistemin dəstəklədiyi yaxud qoruyub saxladığı sosial və iqtisadi şəraiti dəstəkləməsi bir legitimlik böhranına səbəb ola bilər. İmkanlar, daha əvvəl marjinallaşdırılanların (tarixi olaraq qadınlar və rəngli insanlar kimi) siyasi hüquqlarının genişləndirilməsi, liderlər arasındaki fikir ayrılıqları, siyasi orqanlarla seçicilər arasında artan müxtəliflik və daha əvvəl dəyişiklik istəyənlərə maniə yaradan represiv quruluşların zəifləməsi kimi faktorlardan qaynaqlana bilər.
  2. Səfərbərlik strukturları, dəyişiklik istəyən cəmiyyət arasında onsuz da var olan (siyasi vs.) təşkilatları ifadə edir. Bu təşkilatlar, inkişaf etməkdə olan sosial hərəkata üzvlük, liderlik və ünsiyyət və sosial şəbəkələr təmin etməklə bir sosial hərəkata səfərbəredici quruluşlar rolunu oynayır. Nümunələr arasında kilsələr, icma və qeyri-kommersiya təşkilatları və tələbə qrupları ilə məktəblər var.
  3. Çərçivələmə prosesləri, qrupun və ya hərəkatın mövcud problemləri açıq və inandırıcı bir şəkildə tərif edilməsinə, niyə deyişikliyə ehtiyac olduğunu, hansı dəyişikliklərin istənildiyini və bunlara necə nail olunacağını ifadə etməyinə imkan vermək üçün bir təşkilatın liderləri tərəfindən yerinə yetirilir. Çərçivələmə prosesləri, hərəkat üzvləri, siyasət qurumların üzvləri və ümumi olaraq xalq arasında bir sosial hərəkatın siyasi fürsətlərin istifadəsi və dəyişklik yaratması üçün vacib olan ideoloji iştirakı təşviq edir. Makadam və əməkdaşları çərçivələməyi, “cəmi hərəkatı legitimləşdirən və motivasiya edən, dünyaya və özlərinə bağlı ortaq anlayışları formalaşdırmaq üçün insan qruplarının şüurlu strateji səylər” kimi təsvir edirlər.
  4. Etiraz dövrləri, bu nəzəriyyəyə görə sosial hərəkatların uğurlu olmasının önəmli bir aspektidir. Etiraz sikli, siyasi sistemə qarşı müxalifətin və etiraz fəaliyyətlərinin yüksək olduğu vaxtda, uzun bir dövrdür. Bu nəzəri baxışa görə etirazlar, hərəkata bağlı səfərbəredici quruluşların baxış və tələblərinin əhəmiyyətli ifadələridir. Etirazlar (həmçinin) çərçivələmə prosesinə bağlı ideoloji çərçivələri göstərən vasitələrdir. Bu səbəblə etirazlar, hərəkat içindəki həmrəyliyi gücləndirməsinə, hərəkatın məqsəd tutduğu mövzular haqqında ümum xalq içərisində xəbərdarlığın artmasına və yeni üzvləri toplamağa xidmət edir.
  5. Nəziriyyənin beşinci və sonuncu yönü, mübahisəli repertuarlardır. Bu aspekt, hərəkatın iddialarını irəli sürdüyü vasitələr toplusuna aiddir. Bunlara adətən tətillər, nümayişlər (etirazlar) və petisiyalar daxildir.

Nəzəriyəyə görə bütün bu ünsürlər mövcud olduqda, bir sosial hərəkatın mövcud siyasi sistem içində istənilən nəticəni əks etdirən dəyişikliklər yarada bilməsi mümkündür.

Paylaş.

Müəllif haqqında

Ashley Crossman

Şərhlər bağlıdır.