Təbii resurslar necə ölkəyə xoşbəxtlik gətirə bilər?

Google+ Pinterest LinkedIn Tumblr +

Resurs Güclü, Pul Zəif

Niyə yeni təbii ehtiyatların tapılması Qana, Uqanda, Tanzaniya və ya Mozambikə kömək etməyəcəkdir.

İngiliscədən Çevirən: Behzad Ciddi

Bir sıra Afrika ölkələrində, o cümlədən Qana, Uqanda, Tanzaniya və Mozambikdə, təbii ehtiyatların yeni tapıntıları əhəmiyyətli bir sual yaradır: Bu bacadandüşmə yeni tapıntılar rifah və ümid gətirəcəkmi yoxsa başqa neftə bağlı ölkələrə bənzər siyasi və iqtisadi baxımdan qarğanmış qara günlər görəcəklər?

Orta hesabla, təbii resurslara zəngin olan ölkələr resursları olmayan ölkələrə görə daha da geridə qalmışlar. Gözləntilərin əksinə onların inkişafı başqa iqtisadiyyatlarla müqayisədə daha yavaşdır və daha böyük bərabərsizlik və ədalətsizliyə malikdirlər. Nəhayət, təbii sərvətlərə yüksək dərəcədə vergi təyin etmək bu problemlərin yox olmasına səbəb olmayacaqdır, yəni əsas gəliri təbii qaynaqlardan olan ölkələr bu gəlirləri təhsil, səhiyyə, inkişaf və yenidən maliyyələşdirmə üçün istifadə edəcəklər.

Zəngin təbii resursları olan bu ölkələrin qarğanmış vəziyyətlərinin səbəbini açıqlamaq üçün iqtisad və siyasət elmlərində böyük ədəbiyyat yaranmışdır və bu vəziyyəti sağaltmaq üçün mədəni qruplar qurulmuşdur. Bu qarğanmış vəziyyətin 3 iqtisadi səbəbləri yaxşı tanınmışdır:

  • Təbii resurs baxımından zəngin olan iqtisadiyyatlar təxminən bahalı və güclü valyutaya malik olmuşlar və bu məsələ başqa məhsulları ixrac etmək üçün maneə törətmişdir.
  • resursların çıxarılması daha az sayıda iş fürsəti yaratdığına görə bu ölkələrdə işsizlik səviyyəsi daha yüksək olmuşdur.
  • Təbii resursların qiymətinin dəyişkən olması inkişafın qeyri-sabit olmasına səbəb olmuşdur və qiymətlər aşağı olan zamanlar beynəlxalq banklardan kömək almağa məcbur olmuşlar.

Bundan əlavə, təbii resurslarla zəngin olan ölkələrin təxminən hamısı davamlı inkişaf strategiyalarını həyata keçirmirlər. Onlar bilmirlər ki yeraltı resurslardan aid olan gəlirləri yerüstü səmərəli investisiyalara sərf etməməklə əslində daha kasıb olurlar. Siyasi çatışmazlıq bu problemi daha da gərginləşdirir, niyəki resursların kimə aid olma münaqişəsi korrupsiyalı və qeyri-demokratik hökumətlərin yaranmasına səbəb olur.

Bu yazını da oxu: Niyə İran hakimiyyəti öz valyutasını qoruya bilməz?

Bu problemlərin hər birinin qarşısını almaq üçün yaxşı yol var: aşağı valyuta məzənnəsi, sabitləşmə  fondu, resurs gəlirlərinin diqqətli şəkildə investiyaya(və hətta xalqa) sərf edilməsi, borclanma qadağası və şəffaflıq (beləki vətəndaşlar pul gəlirlərinin miqdarını və necə xərcləndiyini aydın şəkildə görə bilsinlər.) Ancaq bu tədbirlərin zəruri olmasına baxmayaraq yetərli olmadığını düşünənlərin sayısı artmaqdadır. Yeni zənginləşdirilmiş ölkələr təbii resurslarından xeyir görmək ehtimalını artırmaq üçün bir neçə addım daha atmalıdırlar.

Birincisi, bu ölkələr əmin olmalıdırlar ki, bu resursların qazancının hamısını öz vətəndaşları əldə edirlər. Təbii resurs şirkətləri (adətən xarici)  ilə  resurs sahibləri arasında qaçılmaz qarşıdurma olacaqdır. Xarici şirkərlər ödəmələrini minimuma endirmək istəyirlər, resurs sahibləri isə onu maksimuma çatdırmalıdırlar. Yaxşı hazırlanmış, rəqabətli, şəffaf hərraclar könülsevən müqavilərlə müqayisədə daha çox gəlir əldə edə bilər. Müqavilələr də qiymətlər yüksəldiyi zaman qazancların bütünlüklə yalnız şirkətə aid olmamasını şəffaf şəkildə təmin etməlidirlər.

Təəssüf ki, bir çox ölkələr özəl xarici şirkətlərə pis müqavilələr bağlamışlar və resursların dəyərini uyğun olmayan şəkildə onlara pay vermişlər. Ancaq bu problemi həll etmək üçün sadə bir yol var: yenidən görüşüb danışıq aparmaq; mümkün deyilsə, bu təbii resurslara gəlir vergisi tətbiq etmək. Dünyada çoxlu  ölkələr bunu edirlər. Əlbəttə ki, təbii qaynaq şirkətləri bunu geriləyib müqavilələrin müqəddəsliyini vurğulayıb tərk etməyə təhdid edəcəklər, ancaq nəticələr adətən başqa haldadır. Ədalətli yeni müzakirələr daha yaxşı uzunmüddətli əlaqələrin təməli ola bilər.

Bu cür müqavilələrin Botsvana tərəfindən yenidən müzakirəsi son dörd onillikdə onların iqtisadiyyat böyüməsinin təməlini qoydu. Bundan başqa, Boliviya və Venesuela kimi inkişaf etməkdə olan ölkələr deyil bəlkə İsrail və Avstraliya kimi inkişaf etmiş ölkələrdə təbii qaynaqlar üzrə bağlanmış müqavilələri bir daha müzakirə etmişlər. Hətta Amerika Birləşmiş Ştatları da bu bacadandüşmə qazanclara vergi müəyyənləşdirmişlər.

Başqa bir yazı: İran hakimiyyəti Urmu gölü böhranına necə yanaşıb?

Eyni şəkildə vacibdir ki, təbii sərvətlərdən əldə edilən pul inkişafı irəliləmək üçün istifadə olunmalıdır. Köhnə müstəmləkəçi güclər, Afrikanı sadəcə resursları çıxarmaq üçün bir yer kimi qiymətləndirdi. Yeni alıcılar da eyni baxışa malikdilər.

İnfrastruktur (yollar, dəmir yolları və limanlar) bir məqsədi nəzərə alaraq qurulmuşdur: ölkənin təbbi ehtiyatlarını ölkə içində sanaye vasitəsi ilə başqa məhsullara çevirmədən sanyein inkişafını özünə buraxaraq bu ehtiyatları xam şəkildə mümkün qədər aşağı qiymətlə ölkədən xaricə çıxartmaq.

Həqiqi inkişaf bütün mümkün əlaqələrin araşdırılmasını tələb edir: yerli işçiləri öyrətmək, mədən və neft-qaz sektorlarına giriş üçün daxili kiçik və orta ölçülü müəssisələri inkişaf etdirmək, daxili istehsal və təbii ehtiyatları ölkənin iqtisadi strukturuna inteqrasiya etmək. Əlbəttə ki, bu gün bu ölkələrin çoxu bu fəaliyyətlərdə müqayisəli üstünlüyə malik olmaya bilərlər və hətta ölkənin güclü yönünə fokuslaşmalıdırlar. Bu baxımdan, bu ölkələrin başqa yönlərdəki müqayisəli üstünlüyü, digər ölkələri onların təbii resurslarından faydalandıracaqdır.

Bu yanlışdır. Əhəmiyyətli olan dinamik müqayisəli üstünlük və ya əldə edilə bilən uzun müddətli müqayisəli üstünlükdür. Qırx il bundan əvvəl Cənubi Koreyada artan düyüdə müqayisəli üstünlük vardı. Cənubi Korea bu gücə qapıldığı təqdirdə, bu günün sənaye nəhəngi olmazdı. Dünyanın ən səmərəli düyü yetişdiricisi ola bilərdi, ancaq hələ də yoxsul olardı.

Şirkətlər, Qana, Uqanda, Tanzaniya və Mozambikə tez fəaliyyət göstərməklərini deyəcəklər ancaq diqqətli davranmaq üçün yaxşı səbəb vardır: Sərvətlər yoxa çıxmayacaq və onların qiymətləri yüksəlməkdədir. Eyni zamanda, resursların faydalarını bütünlüklə vətəndaşlara çatdırmaq üçün bu ölkələr lazım olan qurumları, siyasətləri və qanunları yerləşdirə bilər.

Resurslar qara gün deyil, xoşbəxtlik gətirməlidir. Xoşbəxtlik ola bilər, ancaq öz başına yox və bu asanlıqla olmayacaqdır.

Avqust 2012

Paylaş.

Müəllif haqqında

Joseph Stiglitz

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbiya Universitetinin professoru

Şərhlər bağlıdır.