Türkiyədə “Qobustan” mədəniyyət, incəsənət və toplum jurnalının birinci sayı nəşr edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Güney azərbaycanlılar tərəfindən 2022-ci ilin avqust ayında Türkiyədə qurulan Qobustan nəşriyyatı müxtəlif dillərdə, xüsusilə Türkiyə türkcəsi, Azərbaycan türkcəsi (ərəb və latın əlifbalarında), ingilis və fars dillərində kitab və başqa materiallar nəşr etdirirlər. Güney azərbaycanlıların xaricdə ilk nəşriyyatı olaraq qurulan Qobustan nəşriyyatının internet saytında hədəflərinin Türkiyə, Azərbaycan və iranlı türk yazıçı və sənətçilərin əsərlərini nəşr etdirmək olduğu yazılıb. Əsasən güney və quzey olmaqla Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə bağlı kitab və jurnal nəşrini əsas hədəfləri kimi yazıblar.

Qobustan nəşriyyatının qurucusu Ural Hatəmi bildirib ki Güney Azərbaycan və İranda hökumət tərəfindən tətbiq edilən senzuraya görə orada nəşr edilə bilməyən Azərbaycan türkcəsində əsərləri çap etdirmək də onların əsas hədəflərindəndir.

Qobustan nəşriyyatı çərçivəsində nəşr olunan Qobustan jurnalında kültür və incəsənət ilə bağlı məsələlərə diqqət yetirilib. Bu jurnal müxtəlif ölkələrdə, xüsusilə də Türkiyə, Azərbaycan və İranda (Güney Azərbaycan başda olmaqla) yaşayan sənətkarları, mədəniyyət xadimlərini bir araya gətirərək oxucularla tanış edir.

Qobustan jurnalının adından da bəlli olduğu kimi Azərbaycan incəsənət tarixi, mədəniyyəti və kültür mirası ilə maraqlanır və bu barədə bəzi layihələr həyata keçirəcəyini bildirir. Qobustan nəşriyyatı bütün bu xidmətləri təqdim edərkən karbondioksit çirklənməsini minimuma endirmək üçün dijital və ya elektron nəşriyyatı dəstəkləyir. Habelə satışın asanlığı üçün, nəşrlərini bütün dünya oxucularına çatdırmaq üçün elektron kitab və elektron jurnal formatına da üstünlük verir.

Qobustan nəşriyyatının və jurnalının qurucusu Ural Hatəmi deyib ki Qobustan nəşriyyatı olaraq kitab nəşri, satışı və yayılması ilə birlikdə Türkiyə türkcəsi, Azərbaycan türkcəsi və farsca redaktorluq və redaksiya xidmətləri, kitab,  jurnal səhifə və üz qabığı dizaynı, Türkiyə, Azərbaycan və Avropa ölkələrində ISBN, barkod və banderol müraciətləri etmək, çap xidmətləri, paylanma və satış işləri, elektron kitab hazırlamaq, kitab və əsər tanıtmaq işləri, müəllif və yazıçılara internet saytı hazırlamaq, kitab tanıtma videosu hazırlamaq, səsli (audio) kitabların hazırlanması işlərini görürlər

Son olaraq Qobustan jurnalının birinci sayında Ural Hatəmi, Səid Bidoxt, Rza Talebi, Merve Hatəmi, Turan Muradova, Ensar Bayburt, Nurcihan Velioğlu, Özlem Demir, Nesim Sadegh, Amir Zarei, Oya Cansu Demirkale, Rahib M. Ghanbarlou, Cemal Çolak, Şeida Sözen, Arastou Mojarrad və Omar Kamal tərəfindən yazılan məqalələr yer alıb.

Qobustan jurnalının ikinci sayı 2023-cü ilin yanvar ayında yayınlanacaq. Bu say üçün 15 dekabr 2022-ci il tarixinə qədər məqalə qəbul ediləcək.

Maraqlananlar və artıq bilgi istəyənlər aşağıdaki adreslərdən əlaqə saxlaya bilərlər:

www.qobustan.com

[email protected]

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.