Zəngəzur koridoru bəhanədir

Google+ Pinterest LinkedIn Tumblr +

Tehranda “Donyaye eqtesad” və “Sazəndeqi” kimi qəzetlərin Zəngəzur koridoru haqqında tələsik və səbirsiz çıxışlarının Azərbaycan Respublikası və onun Ermənistanla olan əlaqələrinə dəxli yoxdur. İki ölkə və onun ardınca iki millət, yəni türk və erməni millətləri yüz ildən çox sürən düşmənçiliklərinin sonuna çatıblar. 20-ci yüzilliyin əvvəllərində müsəlman-erməni, daha sonra isə azəri-erməni savaşı kimi tanınan sərt münasibətlər artıq öz səbəblərini və vacibliyini itiribdir. Birinci Qarabağ müharibəsindən sonra yüzillik savaşın sonlanması işarələri görünürdü. Erməni savaşçıları qırğın törətdikləri, darmadağın etdikləri kənd və şəhərləri heç vaxt abad etmədilər. Sahiblik iddasi etdikləri, xüsusilə işğal edilmiş topraqları abad etmədilər; guya ki, yüz illik nifrətlərini Qarabağın başına tökməkdən başqa heç nə istəmirdilər.

Azərbaycan və Ermənistan dövlətləri danışıqlar aparırlar. Bu danışıqlar iki dövlət və iki millət arasında yaranacaq sülhü təmin edəcəkdir. Danışıqların əsas mövzularından biri də Zəngəzur dəhlizidir. Bu mövzü yalnız iki dövləti əlaqədar edir və hər hansı üçüncü dövlət sadəcə bu dövlətlər vasitəsilə öz maraqlarını irəli sürə bilər. Bu halda Tehranda bəzi qəzetlərin aqressiv davranışları nə üçündür? Onlar tarix bilmirlər, yoxsa beynəlxalq hüquq prinsiplərindən xəbərsizdirlər? Tehran kitabxanaları Qafqaz tarixinin son 200 ilini şərh edən, regionun siyasi coğrafiyasını tanıtdıran və Qarabağ savaşının yaranma prosesini açıqlayan kitab və jurnallarla doludur. İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin “Motaleat Qəfqaz”(Qafqaz araşdırmaları) jurnalının 90-cı illər arxivi savadsızlıqdan yaranan siyasi və tarixi problemləri həll edə biləcək səviyyədədir. Hüquq və beynəlxalq əlaqələr haqqında qaynaq tapmaq isə internet əsrində, Tehran şəhərində elə çətin iş olmaz.

Bəs problem haradadır? Problem Arazın şimalı deyil, cənubudur. Bu qəzetlərin problemi Zəngəzur yox, Təbriz, Ərdəbil, Zəncan, Urmiyə və böyük türk cəmiyyəti olan Həmədan, Qəzvin, Tehran, Kərəc, Qum və başqa yerlərdir. neçə il qabaq ölkənin dini mərkəzi kimi tanınan Qum şəhərində bir türk şəxsin millət vəkili seçildiyi İranda; şəhərlərinin nümayəndəsi parlament rəisi olan türklər öz soydaşlarını vəkil kimi seçmək istəyirlər.

Bu qəzetləri qorxuya salan Farsçılıq və İrançılıq qarşısında olan cəmiyyət və onların artmaqda olan həssaslıqlarıdır. Elə ona görə də, bu qəzetlər fərzi düşmənə (reall dünyada olmayan, fərz edilən düşmən) həmlə etməklə məşğul olurlar. Gülünc vəziyyətdir: Azad bazar (ən neoliberal formda) tərəfdarı olan Sazəndeqi (“Karqozaran sazəndeqi” partiyasının orqanı) fars soyçuluğunun nəhayi nöqtəsində yer alıb və ölkənin türk qonşularına qarşı kin və nifrət püskürür. Bu partiya (Karqozaran sazəndeqi) güc sturkturundan çölə atılıb və ölkənin xarici siyasətində heç bir rolu yoxdur. Ancaq Amerika və qərblə dostluq münasibətlərinin yaranmasına tələsən, Bərcam sözləşməsinə qayıtmağı arzu edən bu partiya, müsəlman və şiə qonşusuna qarşı düşmənlik siyasəti yeridir. Güc sturukturundan uzaqlaşdırılmış partiya, təhlükəsizlik oyunu ardıncadır. Xarici siyasəti türk vətəndaşlarını təhqiri üçün istifadə edir.

İran türkləri iki il qabaq baş verən İkinci Qarabağ Savaşı zamanı, Azərbaycanın müzəffər ordusuyla bərabər sevinirdi. O günlərdə cavanlar xiyabanlarda Azərbaycana dəstək aksiyası keçirdilər. Bəzi həkimlər savaş bölgəsinə göndərilmək üçün hazır olduqlarını bildirdilər. Virtual aləm türklərin dəstək mesajları və zəfər xəbərləri ardınca isə sevinc qışqırıqları ilə dolu idi. Bu qəzetlər (Sazəndeqi, Şərq, Donyaye eqtesad və s.) həmin insanları hədəf alıblar. Onlar İlham Əliyevi düşmən göstərməklə, onu təhqir etməklə soyçuluq və arxaizmdən (fars soyçuluğu və arxaizmi) xilas olan türk mentalitetini dəyişmək və onları sakit etmək istəyirlər. Əlbəttə bu oyun onların bəzi məsələlərdə naşılıqlarını göstərir. Onlar bacarmadıqları və nəticəsini başa düşmədikləri sifariş alıblar.

Paylaş.

Müəllif haqqında

Səid Mətinpur

Şərhlər bağlıdır.