Azərbaycanda kinoteatr azlığı; Yeni film olanda da izləmək üçün yer çatmır

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan müstəqil sinemasına aid olan “Atabay” filmi ekranlara çıxıb. Film 24 noyabrda filmin rejissoru Niki Kəriminin iştiraki ilə Təbrizdə ilk dəfə nümayiş etdirilib. Təqdimat günü çəkilən video və şəkillərə əsasən film böyük maraq doğurub və böyük izləyici kütləsi cəlb edib.

Bununla yanaşı Azərbaycanın digər kiçik şəhərlərinin sakinləri etiraz ediblər. Onlar şəhərlərində kinoteatrın olmamasına və ya olan kinoteatrların da bağlı olmasına etiraz ediblər. Bu şəhərlərdən biri də Mərənddir. Mərənddə aktiv kinoteatr olmadığı üçün şəhərin və ətraf bölgələrin sakinləri filmi izləmək üçün Təbrizə getməyə məcburdular.

Bu hadisədən əvvəl Mehr Xəbər Agentliyinin hazırladığı xəbərə görə Qərbi Azərbaycanda yalnız 2 kinoteatr fəaliyyət göstərir. Kinoteatrların hər ikisi Urmuda olduğu üçün vilayətin digər şəhərlərində kinoteatrların olmadığı və ya fəaliyyət göstərmədiyi məlum olur.

Türkcə çəkilən filmlərin Azərbaycanda yaxşı qarşılanmasından sonra bəzi başqa Azərbaycan şəhərlərində kinoteatrların olmaması da gündəmə gəlib.

Təkcə İsfahanda Güney Azərbaycanın 4 vilayətindəki qədər kinoteatr var

İran kinoteatr sayına görə dünyaadakı statistikaya əsasən aşağı yerlərdən birini tutur. Dünya standartlarına görə hər 10 min insana bir kinoteatr olmalıdır. İranda isə 2013 statistikalarına əsasən hər 303 min insana bir kinoteatr düşür. Hər kinoteatrda 100 oturacağın olmağını nəzərə alsaq hər 3030 nəfərə 1 oturacaq düşür.

Lakin statistikanın başqa tərəfləri də var. İranda olan kinoteatrların əksəriyyəti mərkəzi vilayətlərdə yerləşir. Əsasən farsların cəmləşdiyi mərkəzi vilayətlərdə adambaşına düşən kinoteatr oturacağı eləcə də kinoteatr sayı dünya standartlarına yaxın səviyyədədir. Fars olmayanların yaşadığı ətraf bölgələrdə isə vəziyyət daha acınacaqlıdır.

2013-cü ilin statistikalarına əsasən Tehranda 56 kinoteatr və 126 kino zalı fəaliyyət göstərir. Kino zallarının 51-i əla, 19-u birinci dərəcəli yerdə qalan 56-ı isə  ikinci və üçüncü dərəcəlidir.

Tehrandan sonra ümumilikdə 7808 oturacağı olan, 16 kinoteatr və 19 kino zallı İsfahandır.  Üçüncü yerdə isə 6431 oturacağı olan 10 kinoteatrlı Rəzəvi Xorasan vilayətidir.

Şərqi Azərbaycanda cəmi 7 kinoteatr və 9 kino zal, Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda isə hər birində 3 kinoteatr var.  Bu isə onu göstərir ki təkcə İsfahanda olan kinoteatr və kino zalların sayı ümumilikdə Azərbaycanın 4 vilayətində yerləşən kinoteatr və kino zallarından ilə bərabərdir. Bundan başqa Həmədanda cəmi 4 kinoteatr və Qəzvində isə 3 kinoteatr vardır.

Bu  statistikalara əsasən Azərbaycan şəhərləri dünya standartları bir yana, Tehran standartlarından belə aşağıda yerləşirlər. Bu hal təkcə Azərbaycanda yox eləcə də başqa fars olmayanların yaşadıqları bölgələrdə də var. Bu isə dövlətin ikili standartlarının göstəricisidir.

sonrakı illərdə kinoteatrların sayı artıb. lakin bu artış da əski nisbəti ciddi şəkildə dəyişəməmişdir. 2.19 ili statıstikalarına əsasn Ərdəbildə 6, Şərqi Azərbaycanda 21, Qərbi Azərbaycanda 9, Zəncanda isə 9 kino zalı vardır. Həmin ildə Təhranda 79 və İsfahanda isə 26 kino zalı olub.

İranda ilk kinoteatr Təbrizdə tikilsə də Təbriz indi İsfahan səviyyəsinə belə çata bilmir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.