Dəri filmi çərşənbə günündən ekrana çıxacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan müstəqil sinəmasından  Dəri filmi 13 oktyabr çərşənbə günündən etibarən bütün ölkə ərazisində yayımlanacaq. Filmin ekrana çıxmaq xəbəri ilə yanaşı onun afışası da yayılıb.

Azərbaycan müstəqil sinemasının tanınmış əsəri olan Dəri filmi Ərk qardaşlarının (Bəhmən və Bəhram) senariaatliyi və rejissorluğu ilə çəkilib. Fəcr kino festivalının çox danışılan filmləri içində yer alan bu əsər Azərbaycan türkcəsində çəkilən uzunmetrajli filmdir. Bu festivalda film 7 müxtəlif nominasiyaya təqdim edildi. Sənət və təcrübə nominasiyasında Büllur Simurq mükafatına və ən yaxşı film musiqisi mükafatına layiq görüldü.

Dəri filmi fərqli mövzusu ilə də diqqət çəkib. Senaridə bir sevgi dastanı ilə yanaşı xalq içində yayğın olan mifik inanclar və xurafat təsvir edilib.

Bundan öncə təbrizli Ərk qardaşlarının çəkdikləri “Heyvan” adlı qısametrajlı film isə ölkə içində və xaricdə bir neçə mükafata layiq görülmüşdür.

Paylaş.

Müəllif haqqında

Admin

Şərhlər bağlıdır.