“İçimdə bir Araz addımlayır” adlı tamaşa Xalxal və Gərgər-Ələmdarda nümayiş etdiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

“İçimdə bir Araz addımlayır” adlı tamaşa 12 oktyabr çərşənbə axşam Xalxal şəhərində nümayiş etdiriləcək. Ondan iki gün sonra cümə axşamı isə Gərgər-Ələmdar (Hadişəhr) şəhərində səhnəyə qoyulacaq.

“Muğan Hünər Teatr” qrupunun işi olan bu tamaşanın ssenaristi Arif Məhtab, rejissoru isə Qərib Mənuçehridir. Azərbaycan türkcəsində yazılmış olan bu əsər daha öncə Ərdəbil, Təbriz, Tehran, Meşkinşəhr (Xiyav), Germi və Parsabad şəhərlərində də nümayiş olunub.

Drama Arazın güneyindən quzeyə keçərkən rus əsgərlərinə yaxalanan bir kişi haqqındadır. Uzun illər Sibirdə sürgün həyatı yaşayan kişi illər sonra evinə qayıdır. Amma artıq burada çox şey əvvəlki kimi olmur.

Paylaş.

Müəllif haqqında

Admin

Şərhlər bağlıdır.