Dr. Məhəmməd Tağı Zehtabi haqqında məqalə yarışması keçiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Az Civic Nation qrupu tərəfindən doktor Zehtabi haqqında məqalə yarışması keçiriləcək. Yarışmanın mövzuları arasında Zehtabinin həyatı, fəaliyyəti, əsərləri və onların təhlili, şəxsi xatirələr və Güney Azərbaycan Milli Hərəkatı içindəki rolu var. İştirakçılar yanvarın 12-dək [email protected] ünvanına müraciət etməlidirlər. Yarışmada iştirak etmək istəyənlərə, məqalə yazmaqla bağlı yanvarın 14 və 20-də təlimlər keçiriləcək və məqalələrin hazırlanmasında dəstək verikəcək. Mükafatlara namizəd olmaq istəyən iştirakçılar ən azından bu iki təlimdən birinə qatılmalıdırlar.

Məqalələr türkcə (Azərbaycan türkcəsi) yazılmalıdır. Yazılmış məqalələr daha sonra kitab şəklində nəşr ediləcək. Bu yarışma, milli hərəkatın tarixini, Məhəmməd Tağı Zehtabinin Azərbaycan milli hərəkatındakı rolunu, fəaliyyətlərini və əsərlərini geniş oxucu auditoriyasına çatdırmaq üçün düşünülüb.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.