Məhəmmədəli İbrahimli bursu: Güney Azərbaycanlılar bu təhsil bursuna necə müraciət edə bilərlər?

Google+ Pinterest LinkedIn Tumblr +

2023-2024 təhsil ili üçün “Məhəmmədəli İbrahimli Təqaüd Proqramı”na müraciətlərin qəbulu elan olunur.

Dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlılar bu təqaüd proqramına müraciət edə bilər. Müraciət üçün əsas şərt Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və ya Baltikyanı (Litva, Latviya, Estoniya) ölkələrdə yerləşən universitetlərin birindən magistr səviyyəsində təhsil üçün rəsmi qəbul almaq və ya hal-hazırda magistr təhsilini orada davam etdirməkdir.

Bu Təqaüd Proqramına güney azərbaycanlılar da müraciət edə bilərlər.

İlk mərhələdə müraciətçilər keçiddən ( https://bit.ly/3XKAHo0 ) daxil olmaqla müraciət formunu dolduraraq özləri haqqında lazımi məlumatları daxil etməli və sənədləri yükləməlidirlər. Forma yüklənilməsi tələb olunan sənədlərdən biri doldurulmuş MISP ərizə formasıdır. Bu formanı mischolarship.com/apply
keçidindəki “Formanı yüklə” düyməsinə toxunmaqla əldə edə bilərsiniz.
Bir neçə gün davam edəcək ümumi qiymətləndirmədən sonra bu mərhələdən uğurla keçmiş şəxslər müsahibəyə dəvət olunacaqdır. Müsahibələrin nəticələri və qaliblər 10 avqust tarixinədək müəyyən olunacaqdır.

Daha detallı məlumat almaq üçün mischolarship.com vebsaytımıza baş çəkə bilərsiniz.
Müraciət üçün son tarix 4 avqust təyin edilmişdir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.