Milli tamaşa: Koroğlu tamaşası Təbrizdə nümayiş etdiriləcək

Google+ Pinterest LinkedIn Tumblr +

Koroğlu tamaşası 17 yanvardan etibarən 10 gün boyunca Təbrizdə nümayiş etdiriləcək. 20 il öncə Beynəlxalq İran Zəmin Teatr Festivalında ən yaxşı tamaşa kimi seçilən Koroğlu tamaşası Təbrizdə 29 Bəhmən Mədəniyət və İncəsənət Mərkəzində İqbal Azər salonunda yenidən səhnəyə qoyulacaq.

Əsərin rejissor və senaristi Yaqub Sədiq Camali öz instagram hesabında Koroğlu tamaşasını milli tamaşa adlandıraraq onun afişasını paylaşıb. Afişaya əsasən tamaşanın biletlərini online şəkildə “ebilit.com” saytından almaq mümkündür.

Təxminən iki il əvvəl afişası yayılan Koroğlu tamaşasının nümayişi koronavirus pandemiyasına görə təxirə salınmışdı. Senarist və rejissor Yaqub Sədiq Camali iki il sonra yenidən tamaşanın səhnəyə qoyulması üçün hazırlaşdıqlarını bildirib.

Koroğlu tamaşası 20 il öncə nümayiş etdiriləndə böyük maraqla qarşılanmışdı. Tamaşa başda Təbriz olmaqla ölkənin Tehran və Əhvaz kimi başqa şəhərlərində də nümayiş etdirilmişdi. Daha sonra isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Türkiyə Cumhuriyyətində də səhnəyə qoyulmuşdur.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.