Qocalar ölməz filmi ekrana çıxıb

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan müstəqil sinemasının “Qocalar ölməz” filmi 17 noyabrdan etibarən hashure.com saytında online ekrana çıxıb. 2019-cu ildə Ərdəbil vilayətində çəkilmiş türkcə-farsca “Qocalar ölməz” filmi bundan əvvəl İncəsənət və təcrübə kinoteatrlar şəbəkəsində nümayiş etdirilmişdi. Bundan başqa film 2020-ci ildə Türkiyənin dövlət televiziyası olan TRT-də də nümayiş etdirilib.

Komediya-dram janrında olan “Qocalar ölməz” filmi ucqar bir yerdə ölümsüzlük nəticəsində yaranan qəribə bir əhvalatdan bəhs edir. Uzun illərdir heç kimin ölmədiyi bir kənddə qocaların ölüm arzusu yeni baş verən hadisələrdən sonra həyat istəyinə çevrilir və bu ümidsizlik tozunu silib aparır. Əsərin rejissor və ssenaristi Rza Cəmali deyir ki personajların üsyankar ruhları olduqları üçün dünyanın bütün var dövləti ilə savaşırlar. Onlar ruhlarının dincliyi üçün ən böyük varlıqları olan həyatlarından vaz keçməyə hazırdırlar.

Filmin əsas dili türkcədir, lakin arda bir farsca danışıqlar da olur. Daha əvvəlki nümayişlərdə olduğu kimi film farsca altyazı ilə göstərilir.

İlk dəfə 37-ci Beynəlxalq Fəcr Kinofestivalında nümayiş olunan “Qocalar ölməz” filmi, bir neçə başqa festivallarda da iştirak edərək müxtəlif mükafatlara layiq görülüb. Bunlardan Tokio Film Festivalında “Asiyanın ruhu” mükafatı və İspaniyada keçirilən Barselona Asiya Film Festivalında isə “Ən yaxşı ssenari” mükafatını saymaq olar.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.