Urmuda 250 hektarlıq tarixi ərazi yox olmaq təhlükəsindədi

Google+ Pinterest LinkedIn Tumblr +

Urmu İslami Şurasının sədr müavini Urmuda olan 400 hektarlıq tarixi ərazinin 250 hektarının məhv edildiyini deyib. Tarixi və memarlıq dəyərini itirməkdə olan bu ərazi Urmunun mərkəzində yerləşir. Qərbi Azərbaycanda ümumilikdə qeydiyyata alınmış 1472 tarixi abidə olsa da bu bölgə kimi abidələr unudulublar.

Mədəni miras idarəsinin müdiri Qərbi Azərbaycan vilayətinin tarixi əsərlərinin dağılmasına səbəb kimi həm maliyyə azlığını həm də təbiətin mənfi təsir göstərdiyini qeyd edib. Bundan başqa o, bu vaxta qədər ayrılan büdcənin çox az abidənin qorunmasına sərf edildiyini və 40 abidənin təcili şəkildə bərpa edilməli olduğunu deyib.

Təcili bərpasına ehtiyac olan abidələrdən biri də Urmunun tarixi bazarıdır. Səfəvilərdən yadigar qalan bu bazar əsrlərlə dağıdıcı təsirlərə məruz qalıb. Abidənin dağılmasına əsasən bazarın ənənəvi kanalizasiya sisteminin dağılması və onun şəhərin kanalizasiya sisteminə qoşulmaması eləcə də nəmişliyin qarşısının alınmamasıdır. Bu isə bazarın divarlarının dağılmasına səbəb olur.

Təcili təmirə ehtiyacı olan abidələr hələki günümüzə qədər gəlib çatıblar. Lakin bir çox abidə bütünlüklə məhv edilib və onlardan günümüzə yalnız bir neçə foto şəkil gəlib çatıb.

Təcili təmirə ehtiyacı olan abidələr hələki günümüzə qədər gəlib çatıblar. Lakin bir çox abidə bütünlüklə məhv edilib və onlardan günümüzə yalnız bir neçə foto şəkil gəlib çatıb.

 

Yeddi qapılı tarixi Urmu

Tarixi rəvayətlərə görə Urmu şəhərinin 7 qapısı olub. Bunlar Şahyurdu(Yurdşah), Topraq qala, Hazaran, Bazarbaş, Əsgərxan, Balov və Ərk qapılarıdır. Bunlardan başqa Urmuda bir çox qədim bağ evləri də tarixi abidə kimi qeydə alınıblar. Onlardan ən tanınmışı İmamqulu xan Əfşarın bağı olan Dilquşa bağıdır. Pəhləvilər dövründə bağ qarnizona çevrilərək öz tarixi əhəmiyyətini itirib. Sonradan isə illər keçdikcə önəmli miqyasda məhv olub.

7 qapılı Urmunun içində yerləşən abidələrə tarixi bazar, xanların iqamətgahları, bağlar, Üç günbəz (süyümmət) kimi tarixi əsrlər və tarixi məscidlər yerləşirdi. Lakin Pəhləvilər dövründən başlayaraq bu tarixi evlər ya dağıdıldılar ya da hansısa idarələrə bina kimi verildilər. İmamqulu xan Əfşarın bağı qarnizona çevrildiyi kimi, digər tarixi binalar da bank, muzey, məktəb, bələdiyyə binaları kimi istifadə edildilər. Məsələn hazırda Urmu bazarı ilə Cami məscidi arasında olan tarixi ərazi məscidin balansına verilib.

Tarixi evlər ya dağıdıldılar ya da hansısa idarələrə bina kimi verildilər.

 

Qacar dövrünü xatırladan hər şey dağıdılmalıdır

Güney Azərbaycanda dağıdılmış tarixi abidələr olduqca çoxdur. Bu tarixi abidələr özlərində Azərbaycanın müxtəlif dövrlərinə aid simvolları qorumaqlan tarix boyu Azərbaycanın necə önəmli mövqeyə sahib olduğunu da özündə əks etdirirdilər. Lakin təəssüf ki, bu abidələrin bir çoxu son 100 ildə ya məhv olublar ya da çox ciddi bərpaya ehtiyacları var.

Azərbaycanda yerləşən tarixi abidələrin məqsədyönlü şəkildə dağıdılması əsasən Pəhləvilər dövründə baş tutub. Rza şah Pəhləvi, Qacar dövlətinə olan nifrətini heç bir zaman gizlətməmiş və Qacarlar dövründə tikilmiş tarixi binaları məhv etməyi özünə bir növ borc bilmişdir. Rza şah Pəhləvinin həyat yoldaşı Tacülmülk ona bəzən belə dəyərli abidələrin dağıdılmamasını istədiyini desə də Rza şah Qacar dövrünü xatırladan hər şeyi xalqın gözündən uzaq tutmaq üçün dağıdılmalıdır deyirmiş.

Rza şah Pəhləvinin həyat yoldaşı Tacülmülk ona bəzən belə dəyərli abidələrin dağıdılmamasını istədiyini desə də Rza şah Qacar dövrünü xatırladan hər şeyi xalqın gözündən uzaq tutmaq üçün dağıdılmalıdır deyirmiş.

Qacarlar türk sülaləsidir. Paytaxtları Tehran olsa da bu dövlətdə Azərbaycanın həmişə özünəməxsus yeri olub.​ Burada vəliəhdin iqamətgahı yerləşib bu isə Azərbaycanın necə əhəmiyyətli olduğunun göstəricisidir. Lakin Pəhləvilər hakimiyyətə gəldikdən sonar Azərbaycanın vacibliyinə son qoyulur. Burada tarixi abidələr məhv edilir və ya tərk edilir.

1979-cu il inqilabından sonar da Pəhləvilər dövründəki kimi geniş miqyaslı olmasa da Azərbaycandakı tarixi abidələrin dağıdılması və ya qorunmaması davam edir. Urmunun tarixi hissəsi də həmin dağılıb gedən mərkəzlərdən biridir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.