Təbrizdə İran Khodro zavodunun işçiləri tətil ediblər

Google+ Pinterest LinkedIn Tumblr +

Təbrizdə İran Khodro şirkətinin işçiləri tətil ediblər. İrankargar saytının verdiyi məlumata görə tətilin əsas səbəbi ayrıseçkilikdir. Etiraz edənlər İran Khodro şirkətinin Təbrizdəki filialın işçilərinə digər filiallardan fərqli olaraq daha az maaş verildiyini deyirlər.

Tətilə başlayan işçilər nəqliyyat vasitələrinin bütün ölkədə eyni həddə bahalaşdığına baxmayaraq işçilərin gəlirinin də eyni həddə artmadığını deyirlər. Onlar İran Khodronun Tehrandakı işçilərinin Təbrizlə müqayisədə daha çox imtiyaza malik olduqlarını da bildiriblər.

6 noyabrda başlayan tətil gecə vaxtlarınadək davam edib. İş sahəsində başlayan tətil şirkət rəsmilərinin də reaksiya göstərmələrinə səbəb olub. Onlar hazırda işçilərin maaş azlığı və ümumiyyətlə heç bir problemin olmadığını deyiblər.

Yalanlamaqla bitməyən işçi tətilləri

İran Khodro ölkə miqyasında nəqliyyat vasitələri istehsal edən iki böyük şirkətdən biridir. Bu şirkət Tehrandakı mərkəzi ofisindən başqa 6 böyük zavoddan ibarətdir. Bu zavodlar Şərqi Azərbaycan, Kirmanşah, Simnan, Rəzəvi Xorasan, Mazandaran və Fars əyalətində yerləşiblər.

2006-cı ildən işə başlayan Təbriz şöbəsində oxşar səbəblərə görə daha əvvəl də iş tətilləri keçirilib. Ən sonuncu tətil keçən ilin oktyabr ayının 10-da maaş problemlərinə etiraz olaraq baş tutmuşdu. Burada diqqət ediləsi məqam budur ki, şirkətin müdiri olan Həmin Hacızad Mənsur baş tutmuş işçi tətilininin əslində aksiya olmadığını sadəcə işçilərin istirahət etdiklərini iddia etmişdi. O bu dəfə də Təbrizdə yerləşən xəbər agentlərinin diqqətsiz davrandıqlarını, əslində maaş probleminin olmadığını qeyd edib.

Keçirilən tətil şənbə günü səhər saat 7-dən başlayıb. 500 işçinin iştiraki ilə başlanan bu tətil gecəyədək davam edib. Onlar keçən ildən bu ilədək nəqliyat vasitələrinin 5 qat bahalaşmasına baxmayaraq, işçilərin maaşının artmamasına etiraz ediblər.

İşçilər həm də ortada ayrıseçkilik olduğuna inanırlar. Onlar İran Khodro şirkətinin Təbrizdəki zavodunun işçilərinin digər şəhərdəki zavodların işçilərinə nəzərən daha az maaş almaqlarını ayrıseçkilik nümunəsi olduğunu qeyd ediblər.

Yayılan videolarda işçilər zavod rəsmilərinin səsini etiraz edərək kəsir, hansısa cavabdeh şəxsin istefasını tələb edirlər.

Hazırda İran Khodro şirkətinin Təbrizdəki zavodunda 1430 işçi işləyir.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.