Vəfat elanlarında qadın adlarının yazılması qadağandır

Google+ Pinterest LinkedIn Tumblr +

Məlikkəndi(Məlekan) şəhərinin İslami Təbliğat İdarəsinin müdiri Əli Qurbanzadə bir kompüter xidmətləri göstərən şirkətə 17 oktyabrda yazdığı məktubda vəfat elanlarında qadın adlarının yazılmasının qanun pozuntusu sayılacağını qeyd edib.

İki il öncə isə Gilan vilayətinin cümə imamı qadın şəklinin qəbirdaşı üstünə vurulmasının dini hökmlərə zidd olduğunu demişdi. O qəbir daşına qadın simasının həkk edilməsinin Quran ayələrinə istinad göstərərək əxlaqsızlıq olduğunu qeyd edib.

Həmin vaxt Aftab Yazd qəzetində qəbiristanlıqlarda qadın simasının həkk edildiyi qəbir daşlarının götürülməsinin vacibliyi vurğulanaraq belə qəbir daşlarından təsvirlər götürülməsə qəbir daşları dağıdılacaq deyə qeyd edilib.

Geniş reaksiyalara səbəb olan Məlikkəndi İslami Təbliğat İdarəsinin müdirinin məktubuna Şəqi Azərbaycan vilayətinin İslami Təbliğat İdarəsinin müdiri də münasibət bildirməli olub. O deyib ki belə bir qadağa mövcud deyil və vəfat elanlarında qadın adlarını yazanlara heç bir cəza verilə bilməz.

Paylaş.

Müəllif haqqında

Ətəkyazı

Şərhlər bağlıdır.