Sosial Darvinizm və xəstə İran milliyyətçiliyi

Google+ Pinterest LinkedIn Tumblr +

Tək etnikli milli dövlətin formalaşması və iranlı kimliyinin tərifini müzakirə edərkən, İran milliyətçilərinin bir hissəsi assimilyasiyaya və İranlı kimliyi ilə uyğun gəlməyən mədəniyyətləri aradan qaldıran  cəhdlərə, inanılmaz şəkildə göz yumurlar. İranda mədəni assimilyasiya yolu ilə milli dövlət quruculuğu prosesinə töhfə verən ictimai-tarixi hadisələrə məhəl qoymamaq üçün İran milliyətçiləri bu ölkədə olan ayrıseçkilik və zorakılığı normal göstərmək üçün təbiət elmlərindən uyğunsuz şəkildə faydalanmaq istəyirlər.

Cara Daggett “Enerjinin doğuşu” (The Birth of Energy) adlı yeni kitabında “enerji” anlayışının köklərini təqdim etməyə çalışır. Onun əsas sözünə görə termodinamika qanunlarına yerləşdirilmiş enerji bilikləri, bir əxlaq anlamını əks etdirir. Fizikada enerji, iş görmək qabiliyyəti, və güc, görülən işin miqdarı kimi müəyyən edilir. Belə bir tərif mühəndislik elmində və ya təbiət elmlərinin tətbiqində, məsələn, buxar maşınından daha yaxşı istifadə oluna bilər. Ancaq, biz bu tərifləri sosial həyata tətbiq edib, bu açıdan cəmiyyəti tanımaq istədiyimizdə problemlərlə qarşılaşırıq. Məsələn Dagget, Viktoriya dövründəki enerji köklərindən faydalanaraq termodinamika ilə aşılanmış əməyi tərifləyən və işsizliyi pisləyən əxlaqın, sərmayə və imperiyaların maraqlarına xidmət etdiyini təhlil edir. Hər bir enerji çevrilməsi güc itkisinə, istilik itkisinə və entropiyanın (nizamsızlıq) artmasına səbəb olur.

Dagget  göstərir ki, iş və israf ikiliyi pambıq istehsalında ən yüksək səmərəliliyə yetişmək üçün baş verib. Enerjinin başqa bir formaya çevrilməsi nə qədər səmərəli olarsa, iş bir o qədər az itkiyə məruz qalır və səmərəlilik nə qədər yüksək olarsa, mənfəət də bir o qədər yüksək olur. Deməli bu təriflərə görə, insanlığın qurtarılması ancaq əmək, daha çox iş və daha yaxşı həyat yolu ilə əldə edilir. Daggetə görə enerjinin elmi müzakirəsi bir-biri ilə heç bir əlaqəsi olmayan saysız-hesabsız mədəni təcrübələri bir-biri ilə müqayisə edilməyə məcbur etdi. Beləliklə, enerji, iş və güc cəmiyyətin və fərdlərin ölçü vahidinə çevrildi.

Termodinamik anlayışlar, şərqşünas dünyagörüşünü əks etdirərək insan həyatının irqçi təhlilini əks etdirirdi. Ağ dərili avropalılar yüksək iş etikası sayəsində digər irqlərdən daha yüksək sivilizasiya səviyyəsinə çatmışdılar. Afrikalılar və yerli amerikalılar az məhsuldar idilər, təkcə ibtidai təcrübələrlə deyil, həm də tənbəllik və vaxt itkisi ilə məşğul olurdular. Buna görə də qiymətli iş potensialının boşa getməsinə imkan verirdilər. Cəmiyyətin səthi başa düşülməsi və onun təbiət elmləri vasitəsilə yenidən müəyyən edilməsi yeni irqçilik və imperialist fəaliyyətlərə səbəb oldu və irq, sinif və cinsiyyət bağlarını gücləndirən termodinamik prinsiplərlə avropalılara xarici ölkələrin sömürgəçiliyinə haqq qazandırmağa imkan verdi.

Iran milliyyətçiləri, İranlı kimliyini tərifləmək üçün tarixi prosesləri görməzdən gəlib, başqa alternativlər və əsaslandırmalar tapmağa çalışırlar. İran cəmiyyətini müəyyən etmək üçün təbiət elmi təriflərindən məqsədyönlü istifadə də bu gün çox adi hala çevrilib. Məsələn, keçmişdə Nasist Almaniyasının necə zorakılığa haqq qazandırmasını, onların təbliğat filimlərində görmək olar. Misal üçün, onlar Darvinizmin “təbii-seçim” prinsiplərini normallaşdırmaq üçün laboratoriyada heyvanların döyüş səhnələrini göstərən “Alles Leben ist Kampf” kimi təbliğat filimlərini sıx yayırdılar. İran milliyətçiləri, qeyri-fars azınlıqları aradan qaldırıb yalnız bir mədəniyyəti güc vasitəsi ilə üstün tutan bütün siyasətlərə göz yumurlar. Elə məhz buna görə də,  təkrəng millət və hökuməti iranlılar üçün bir “təbii seçim” kimi göstərirlər. Bu milliyətçilərin özçülük (essentialism) düşüncəsi, və onların tarixi nostalgiyaya istinad etmələri, iranlıları  sivil, insan haqlarının təbii müdafiəçiləri,  və başqalarından daha üstün hesab edir. Heç bir iranlı qeyri-sivil olmaz deyib onları, insan haqlarının təbii müdafiəçisi kimi gördüyümüz halda, 1945 ilində, Azərbaycanda törədilən cinayətləri “Azərbaycanın xilası”, və ya qeyri-fars kültürlərin aradan qaldırılması ilə fars mədəniyyətinin üstün tutulmasını  rahatlıqla iranlıların “təbii seçimi” kimi göstərmək olar.

Qərb akademik ictimaiyyəti bu məsələlərdən kənara çıxaraq təbiət elminin təriflərinin sosiologiyada birölçülü istifadəsini ayırmağı nəzərdən keçirə bilib. Cara Dagget ayrıseçkiliyə, sömürgəçiliyə, və ədalətsizliyə haqq qazandırmaq üçün təbiət elmi şərhlərindən sui-istifadə edilməsinin yalnız qısa bir tarixini yazsa da, kitabın əsas məqsədi yeni, enerjisiz bir çıxış tapıb ətraf mühiti qoruyub saxlamaqla azadlıq qapısını açmaqdır. Təəssüflər olsun ki, İranın milliyətçi ziyalıları nəinki ətraf mühiti xilas etmək barədə düşünə bilmir, hətta birinci mərhələdə ilişib qalıblar. İranlı söz sahibləri İran cəmiyyətində ayrıseçkiliyə haqq qazandırmaq üçün “təbii seçim” və ya “ən uyğun olanın sağ qalması” kimi sosial darvinizm anlayışlarından istifadə edirlər. Bəlkə də buna görə İranda insan haqları, rifah və ədalət kimi anlayışlar, iranlıların “təbii seçimi” kimi göstərilən  “Şahnamə” və ya fars mədəniyyəti ilə ziddiyyət təşkil etmədiyi müddətdə məna kəsb edir.

Paylaş.

Müəllif haqqında

Sina Mirzaei

Şərhlər bağlıdır.